İnanc

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

İnancAzərbaycanda xalq arasında sınama, yozum, yozma, inam adları ilə tanınan janr olub, İraq-türkman folkloruna aiddir. Professor Azad Nəbiyev inanclara İraq-türkman folkloru üçün də məqbul sayıla biləcək tərif vermişdir: "İnanclar sınamalar nəticəsində qətiləşən hökmlərin bədii ifadəsidir" [1]

İnancların tipləri[redaktə | əsas redaktə]

İraq-türkman folklorunda inanclar aşağıdaki kimi qruplaşdırılır:

  • Məişət və mərasimlərlə bağlı inanclar,
  • təbiət hadisələri ilə bağlı inanclar,
  • bitki və heyvanat aləmi ilə bağlı inanclar,
  • astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclar.

Astral təsəvvürlər və əsatiri görüşlərlə əlaqədar olan inanclar, əsasən, Ay, ulduz, digər səma cisimlərinə inamın nəticəsində yaranmışdır. Məsələn, bir ulduz axanda yer üzündə kiminsə ömrünün sona yetdiyini düşünürlər. Çünki insan ruhlarının ulduzlarla bağlı olduğuna inanırlar.

Məişət və mərasimlərlə bağlı inanclar daha çoxdur. Səfərə çıxarkən və ya görülməsi düşünülən bir iş barədə danışarkən birisi bir kərə asqırarsa, «Səbr gəldi, gözlənilsin, səbr edilsin», iki kərə asqırılarsa: «Cağat gəldi, xeyirlidir" - deyə yola çıxarlar. [2]

Təbiət hadisələri, bitkiheyvanat aləmi ilə bağlı inam və etiqadlar da çoxdur. Dolu yağanda onun bir dənəsini bıçaqla iki yerə bölsən, dolunun kəsəcəyinə inanırlar. Bu eynilə Azərbaycan folklorunda da belədir: «Uşağın dolu dənələrini dişləməsi, yaralayanda isə «mən kəsdim,sən də kəs!» - söyləyirlər.

İstinadlar[redaktə | əsas redaktə]

  1. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı, B., 2002
  2. Qəzənfər Paşayev. Kərkük folklorunun janrları. Bakı: «Elm», 2003. - 320 s.