Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Hazırda Azərbaycan dilində 130.876 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Art of Geometry.jpg
İran xalçası (fars فرش ايرانى farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı (قالی ايرانى qālī) — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir.

Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, QumTəbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər.

(Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

All smiles Wedding of Prince William of Wales and Kate Middleton.jpg
Şahzadə Uilyam və Ketrin Middltonun toyu (ing. Wedding of Prince William and Catherine Middleton) — Kembric hersoqu şahzadə UilyamKetrin Middltonun toyu 29 aprel 2011-ci ildə Londonda Vestminster abbatlığında baş tutdu. Uels şahzadəsi Çarlzın böyük oğlu – şahzadə Uilyam Ketrin (Keyt) Middltonla 2001-ci ildə Sent-Endryus Universitetində bir yerdə oxuyanda tanış olublar. 20 oktyabr 2010-cu ildə baş tutmuş nişanları 16 noyabr 2010-cu ildə elan olundu. Toya hazırlıq və hadisənin özü kütləvi informasiya vasitələrinin çox böyük diqqətini çəkdi; toy bütün dünyada canlı yayımlandı və bir çox cəhətdən Uilyamın valideynlərinin – şahzadə Çarlz və ledi Diana Spenserin 1981-ci ildə bağlanmış nikahı ilə müqayisə edilmişdir. Sıravi insanlardan olan Ketrin Middltonun (aristokrat olmayan) kral ailəsinin bir üzvünə ərə getməsi xeyli diqqət çəkdi.

Şahzadə Uilyam taxt-tacın birbaşa varisi olmadığına görə toy tam dövlət hadisəsi deyildi, 1900 nəfərlik qonaq siyahısının böyük hissəsi kimi bir çox detallar cütlüyün öhdəsinə buraxıldı. Toy günü Böyük Britaniyada dövlət bayramı kimi elan olundu. Hadisənin təmtəraqlı cəhətləri çox oldu - kral qarajından, piyada və atlı qvardiyasından istifadə olundu. (Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Arximed
  • Qədim Yunanıstanda vətəndaşların kirəmit parçaları ilə səsvermə vasitəsilə ölkədən qovulması Ostrakizm adlanırdı.
  • Daniel Defonun məşhur Robinzon Kruzo əsərini şotland dənizçi Aleksandr Selkirkin başına gəlmiş hadisəni eşitdikdən sonra yazmışdır. Selkirik 1704-cü ildən etibarən tək Robinzon Kruzo adasında 4 il 4 ay yaşamışdır.
  • Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı Arximed Roma əsgərləri ilə aralarında düşən mübahisədən sonra öldürülmüşdür.
  • 1066-cı ildə baş vermiş Qranada qətliamı nəticəsindən 4 mindən çox yəhudi öldürülmüşdür. Hadisələr kral sarayında vəzir kimi çalışan Yozef ibn Nagrelanın öldürülməsindən sonra başlamışdır.
  • 1318-1765-ci illər aralığında mövcud olmuş Naxçıvan arxiyepiskopluğunun Baş kafedral kilsəsi Baş Aparan kəndində yerləşmişdir. 26 rahibin fəaliyyət göstərdiyi arxiyepiskopluğ özündə 360 katolik ailəsini birləşdirirdi. 1682-ci ildə artıq 7000 katolik əhaliyə sahib idi.

HSCommons.svg Günün seçilmiş şəkli

OSIRIS Mars true color.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Qüds şəhəri


Son ölümlər: Çingiz Sadıqov, Camal Mustafayev, Çarlz Menson, Rafiq Hüseynov

HSDagensdatum.svg Tarixdə bu gün — 20 yanvar

Qara Yanvar qurbanlarından.

Digər günlər: 19 yanvar20 yanvar21 yanvar

HS Liste.svg Həftənin seçilmiş siyahısı

Ancient Azerbaijan 4.jpg
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli arxeoloji

abidələrin siyahısıdır. Siyahıda ən qədim abidələr FüzuliXocavənd rayonları ərazisində yerləşən, Quruçay mədəniyyəti dövrünə aid AzıxTağlar mağaralarıdır. Siyahıdakı abidələrdən biri UNESCO-nun Ümumdünya irsi siyahısına siyahısına salınmışdır. Siyahıda qeyd edilmiş abidələrin dördü mədəniyyət, memarlıq və tarix qoruqlarıdır.

HSTools.svg Kömək səhifələri

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə