Hüseyn Axundov

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Hüseyn Axundov
Fotoqrafiya
Doğum tarixi: 28 aprel 1921(1921-04-28)
Doğum yeri: Balaxanı, Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi: 6 fevral 2015 (93 yaşında)
Vəfat yeri: Moskva, Flag of Russia.svg Rusiya
Mükafatları: "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı
Vətən Müharibəsi Ordeni

Hüseyn Məmməd oğlu Axundov — Rusiya və Azərbaycan rəssamlıq və kino sənətinin görkəmli nümayəndəsidir.

Həyatı[redaktə | əsas redaktə]

Böyük Vətən müharibəsi veteranı, tanınmış rəssam Hüseyn Məmməd oğlu Axundov 28 aprel 1921-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 7 yaşında olanda bacısı onu rəssamlıq məktəbinə yazdırıb. Kiçik Hüseyn Axundov Mikayıl Abdullayev, Ağa Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad incəsənət insititutunun kinorejissorluq fakültəsinə daxil olub. İmtahan zamanı çəkdiyi şəkil imtahan komissiyasının üzvlərinin diqqətini cəlb edib və onlar bu gənci görmək istəyiblər. İmtanah komissiyasını heyrətləndirən azərbaycanlı gəncin o zaman cəmi 18 yaşı vardı.

Hüseyn Axundov 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb. Bir çox döyüşlərdə iştirak edib, iki dəfə ağır yaralanıb. Taleyinin, qismətinin mükafatıymış kimi, onu yaralı olduğu zaman müalicə üçün doğma Bakısındakı hospitallardan birinə göndəriblər. Tam sağalmamış əfsanəvi Arşın mal alan filminin işində aktiv iştirak edib. Yaraları sağalandan sonra təhsilini Ümumrusiya Dövlət Kinematoqrafiya universitetində (VQİK) davam etdirib. 1945-ci ildə oranı bitirdikdən sonra taleyini birdəfəlik Moskvaya bağlayıb.

Yaradıcılığı[redaktə | əsas redaktə]

Mosfilm də ilk ştatlı işləyən azərbaycanlı olaraq Hüseyn Axundov İvan Pıryev, Qriqori Aleksandrov, Aleksandr Ptuşko kimi sovet kinosunun tanınmış ustadları ilə çiyin-çiyinə çalışıb. «İdiot» (Axmaq), «Belıe noçi» (Bəyaz gecələr), «Vesna» (Bahar), «Sampo» filmlərinin rəssamı eyni zamanda onlarla başqa sənət əsərlərinə rəngli həyat verib. Kino rəssamı olmaqla yanaşı, dekorativ eskizlər, kinoplakatlar və paralel olaraq rəsm əsərləri üzərində də işləyib.

1953-cü ildə VDNX-dakı (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) pavilyonlardan birinin tərtibatı ona tapşırılıb və bu işi yarım ildə başa çatdırıb.

Hüseyn Axundovun yaradıcılığının yaddaqalan mərhələlərindən biri də Moskvanın tarixi mərkəzində ən qədim şəxsi tikililərdən olan Knyaz Yusupovun sarayının bərpa edilməsində baş rəssam işinin ona həvalə edilməsi olub.

Rusiya rəssamlar ittifaqının üzvü olan Hüseyn Axundovun yaradıcılıq işləri Rusiyanın və dünyanın bir çox rəsm sərgilərində nümayiş etdirilib. Hüseyn Axundov 2015-ci il fevral ayının 6-da ömrünün 94-cü ilində Moskvada vəfat edib.

Mənbə[redaktə | əsas redaktə]

[1]