Hennenman-Krunstad qatar qəzası

Vikipediya, açıq ensiklopediya
(Hennenman–Krunstad qatar qəzası səhifəsindən istiqamətləndirilmişdir)
Jump to navigation Jump to search
Hennenman–Krunstad qatar qəzası
ing. Hennenman–Kroonstad train crash
Krunstad-qəza-2018.jpg
Qəzadan görüntü
Detallar
Gün4 yanvar 2018
Vaxtyerli vaxtla 09:15 (07:15 UTC)
YerKrunstad şəhəri yaxınlığı
ÖlkəFlag of South Africa.svg Cənubi Afrika Respublikası
Statistik məlumatlar
Qatarlar1
Sərnişinlər429
Həlak olanlar18

Hennenman–Krunstad qatar qəzası (ing. Hennenman–Kroonstad train crash) — 4 yanvar 2018-ci il tarixində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri yaxınlığındakı dəmiyol keçidində bir yük maşınıyla toqquşması. Qatar relsdən çıxmış, yeddi vaqon atəşə tutulmuşdur. Qəza nəticəsində 18 nəfər həlak olmuş, 254 nəfər isə yaralanmışdır.

Qəza[redaktə | əsas redaktə]

4 yanvar 2018-ci il tarixində, yerli vaxtla 09:15 (07:15 UTC) radələrində[1] "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəriHennenman qəsəbəsi arasında yerləşən dəmiyol keçidində bir yük maşınıyla toqquşmüşdür. Qəza Yohannesburq şəhərindən təxminən 200 kilometr (120 mil) uzaqda baş vermişdir.[2][3][4] Lokomotiv və 12 vaqon relsdən çıxmışdır.[5] Vaqonların 7-i yanmışdır.[6] Qatarda 429 sərnişin var idi. Qəza nəticəsində 18 nəfər ölmüş,[7] 254 nəfər isə yaralanmışdır.[5]

Şahidlərin verdiyi məlumata görə, qatar sürücüsünün xəbərdarlığına baxmayaraq, yük maşının sürücüsü dəmiryol keçidində maşını saxlamaqda uğursuz olmuşdur.[8][9] Yük maşını təxminən 400 metr (1,300 ft) sürüklənmişdir.[1] Şəkillər Port-Elizabetdən Yohannesburqa gedən bir maşının relsdən çıxan qatar tərəfindən əzildiyini göstərir. Yük maşının sürücüsü toqquşmadan sağ çıxmışdır. O qaçmağa çalışmış,[9] ancaq polis tərəfindən tutulub xəstəxanaya göndərilmişdir.[2] Yerli vaxtla 20:50 radələrində axtarış və xilasetmə əməliyyatları təxirə salınmışdır.[10] Polis sürücüyə qarşı bir məhkəmə işi açmışdır.[11]

Tədqiqat[redaktə | əsas redaktə]

Cənubi Afrika Respublikasının Nəqliyyat Naziri Co Masvanqanyi qəza barədə bir tədqiqatın başladılacağını açıqlamışdır.[1] Masvanqanyi "Polis araşdırma aparır. Yük maşının sürücüsü bir yol seçdi... bu da çoxlu insanın ölümünə səbəb oldu."[2] Dəmiryolu Təhlükəsizliyi Tənzimləyicisi Cənubi Afrika Respublikasındakı dəmiryol qəzaları barədə aparılan tədqiqatların məsuludur.[12]

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1,0 1,1 1,2 Kalbertson, Eliks. "14 dead and up to 100 injured in South Africa train crash". Sky News. https://news.sky.com/story/four-dead-and-hundreds-injured-in-south-africa-train-crash-11195032. İstifadə tarixi: 4 yanvar 2018.
  2. 2,0 2,1 2,2 "Frantic search for survivors after South African passenger train collides with truck, killing at least 18 and injuring hundreds". Agence France-Presse. 4 yanvar 2018. http://www.telegraph.co.uk/news/2018/01/04/least-four-people-killed-passenger-train-crash-south-africa/. İstifadə tarixi: 4 yanvar 2018.
  3. "Au moins 14 morts dans un accident de train" (fr). L'essential. 4 yanvar 2018. http://www.lessentiel.lu/fr/news/monde/story/Au-moins-14-morts-dans-un-accident-de-train-15475810. İstifadə tarixi: 4 yanvar 2018.
  4. "14 dead, hundreds injured as train derails in South Africa (PHOTOS)". RT. https://www.rt.com/news/414973-train-crash-south-africa/. İstifadə tarixi: 4 yanvar 2018.
  5. 5,0 5,1 Mazuba, Ernest; Kovan, Kayl. "At least 20 dead in horror train crash‚ number expected to rise". Times Live. https://www.timeslive.co.za/news/south-africa/2018-01-04-watch--at-least-20-dead-in-horror-train-crash-number-expected-to-rise/. İstifadə tarixi: 4 yanvar 2018.
  6. "Mop-up operations to resume after deadly Kroonstad train crash". eNews Channel Africa. http://www.enca.com/south-africa/mop-up-operations-to-resume-after-deadly-kroonstad-train-crash. İstifadə tarixi: 5 yanvar 2018.
  7. "Death toll rises to 18 in Kroonstad #TrainCrash". Cape Times. 4 yanvar 2018. https://www.iol.co.za/news/south-africa/free-state/death-toll-rises-to-18-in-kroonstad-traincrash-12612960. İstifadə tarixi: 5 yanvar 2018.
  8. "Sanco slams ‘shocking’ loss of life in Free State train crash". Letaba Herald. 5 yanvar 2018. https://letabaherald.co.za/lnn/345165/sanco-slams-shocking-loss-of-life-in-free-state-train-crash. İstifadə tarixi: 5 yanvar 2018.
  9. 9,0 9,1 "South Africa train crash: Four dead in truck collision". BBC News Online. http://www.bbc.co.uk/news/world-africa-42565653. İstifadə tarixi: 4 yanvar 2018.
  10. "Kroonstad train crash: Search and Rescue operations halted". News24. 4 yanvar 2018. https://www.news24.com/SouthAfrica/News/kroonstad-train-crash-search-and-rescue-operations-halted-20180104. İstifadə tarixi: 4 yanvar 2018.
  11. "Police open a manslaughter case against driver". Stuff (Fairfax). 17 yanvar 2018. https://www.stuff.co.nz/world/africa/100367200/police-open-manslaughter-case-in-south-africa-train-crash-that-killed-18.
  12. "Occurrence Investigation". Railway Safety Regulator. http://rsr.org.za/Occurrence/Investigation. İstifadə tarixi: 4 yanvar 2018.