LaMia Hava Yolları reys 2933

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
LaMia Hava Yolları reys 2933
LaMia P4-LOR at EGPF, Oct 2013.jpg

Qəzaya uğramış təyyarə, şəkil 2013-cü ildə çəkilib.

Xülasə
Tarix: 28 noyabr 2016-cı il
Qəza növü  dəqiqləşmiyib, araşdırmalar davam edir
Bölgə La-Union, Antokiya, Kolumbiya
Koordinatlar  5°58′50″N 75°25′06″W / 5.9805°N 75.4183°W / 5.9805; -75.4183Koordinatlar: 5°58′50″N 75°25′06″W / 5.9805°N 75.4183°W / 5.9805; -75.4183
Uçuş Viru Viru Beynəlxalq Havalimanı, Santa Krus de la Serra, Boliviya
İstiqamət Joze Maria Kordoba Beynəlxalq Havalimanı, Rioneqro, Kolumbiya
Sərnişinlərin sayı 68
Komanda 9
Yaralılar 6
Ölənlərin sayı 71
Sağ qalanlar 6
Təyyarə
Təyyarə modeli RJ-85
Havayolu firması LaMIA Bolivia
Uçuş nömrəsi 2933
Qeydiyyat nömrəsi CP-2933


LaMia Hava Yolları reys 2933Braziliyanin peşəkar futbol komandası olan "Şapekoense" futbolçularının Boliviyadan Kolumbiyaya gətirilməsi zamanı 29 noyabr 2016-cı ildə baş vermiş təyyarə qəzası. Hadisə komandanın Cənubi Amerika Kuboku 2016 (Copa Sudamericana 2016) final görüşü çərçivəsində Kolumbiyanın "Atletiko Nasyonal" futbol komandası ilə keçirilməsi planlanan oyuna səfəri zamanı baş vermişdir. Qəza zamanı təyyarədə 72 sərnişin (21 jurnalist, qalanları isə futbol komandasının oyunçuları) və 9 ekipaj üzvündən[1] ibarət 81 nəfər insan vardı. Qəzadan isə yalnız altı nəfər xilas ola bilmişdir.

Təyyarə[redaktə | əsas redaktə]

Britaniya Aerospace 146 tərəfindən hazırlanmış təyyarənin modeli Avro RJ-85, qeydiyyat nömrəsi isə CP-2933 idi[2] Təyyarə ilk uçuşunu 26 mart, 1999-cu ildə həyata keçirmişdir.[3].

Qəza[redaktə | əsas redaktə]

Təyyarə yerli vaxtla 22:00 radələrində (07:00, 29 noyabr, UTC+4), qəza vəziyyəti ilə bağlı La Sexa və La Union hava idarələrinə təcili siqnal yollamışdır.[4] Xilasedici helikopterlər güclü duman səbəbi ilə ilk olaraq qəza ərazisinə çata bilməyiblər.[2]

Həyatını itirən tanınmış insanlar[redaktə | əsas redaktə]

San Lorenzo 1-1 Şapekoense (Copa Sudamericana yarımfinal görüşü).
Təyyarənin qəza anından əvvəl son 15 dəqiqə ərzindəki yolu və qəza ərazisi. (Kolumbiya)

"Şapekoense" oyunçuları[redaktə | əsas redaktə]

  1. Aylton Sezar Cunior Alves da Silva (Kanela), 22 yaşında[5]
  2. Dener Assunçao Braz (Dener), 25 yaşında[5]
  3. Marselo Avqusto Matias da Silva (Marselo), 25 yaşında[5]
  4. Metyus Bitenkort da Silva (Metyus Biteko), 21 yaşında[5]
  5. Mateus Lukena dos Santos (Karamelo), 22 yaşında[5]
  6. Qulerme Ximenez de Souza (Ximenez), 21 yaşında[5]
  7. Lukas Qomez da Silva (Lukas Qomez), 26 yaşında[5]
  8. Everton Kempes dos Santos Qonçalves (Kempes), 34 yaşında[5]
  9. Artur Braziliano Maya (Artur Maya), 24 yaşında[5]
  10. Ananias Eloy Kastro Monteyro (Ananias), 27 yaşında[5]
  11. Markos Danilo Padilya (Danilo), 31 yaşında[5]
  12. Filip Xose Maçado (Filip Maçado), 32 yaşında[5]
  13. Serxio Manoel Barbosa Santos (Serxio Manoel), 27 yaşında[5]
  14. Xose Gildeyxon Klemente de Payva (Gil), 29 yaşında[5]
  15. Bruno Rangel Dominqez (Bruno Rangel), 34 yaşında[5]
  16. Kleber Santana Loreyro (Kleber Santana), 35 yaşında[5]
  17. Cosimar Rosado da Silva Tavares (Cosimar), 30 yaşında[5]
  18. Vilyam Tieqo de Cesus (Tieqo), 30 yaşında[5]
  19. Tiaqo da Roça Vieyra Alves (Tiaqanya), 22 yaşında[5]

"Şapekoense"nin idarə heyətindən[redaktə | əsas redaktə]

  1. Luiz Karlos Saroli (Kayo Cunior), menecer, 51 yaşında

Media əməkdaşları[redaktə | əsas redaktə]

  1. Mario Serxio Pontes de Payva, Fox Sports telekanalının şərhçisi, keçmiş milli komanda oyunçusu və məşqçisi, 66 yaşında
  2. Devayr Paskolon, Fox Sports telekanalının şərhçisi və spikeri, 51 yaşında
  3. Paulo Culio Klement, Fox Sports telekanalının şərhçisi, 51 yaşında

Sağ qalanlar[redaktə | əsas redaktə]

Araşdırma[redaktə | əsas redaktə]

Kolumbiya Mülki Havaçılıq İdarəsi (ing. Special Administrative Unit of Civil Aeronautics) başvermiş qəzanın araşdırma məsuliyyətini öz üzərinə götürüb.

Reaksiyalar[redaktə | əsas redaktə]

BraziliyaMerkosur bayraqları, Braziliyadakı Milli Konqres Binası
  • Braziliya dövlət başçısı Mişel Temer ölkədə 3 günlük matəm elan etmişdir.[13]
  • "Korintians" futbol klubu rəsmi saytı vasitəsilə bildirmişdir ki, əgər Medelyin təmsilçisi istəsə, heç bir ödəniş edilmədən oyunçu icarəyə verə bilərlər.
  • Bunun ardınca Braziliya liqasında çıxış edən bütün komandalar istədikləri qədər ödənişsiz oyunçu verə biləcəkləri ilə bağlı açıqlama vermişlər.
  • "Şapekoense"nin Sudamerikana kubokunun finalında qarşılaşacağı "Atletiko Nasyonal" isə azarkeşlərinə səslənərək oyununun keçiriləcəyi stadionda toplaşacaqlarını və həlak olan futbolçuları anacaqlarını bildirmişlər.
  • Braziliyadakı Milli Konqres Binasının qarşısındakı BraziliyaMerkosur bayraqları (şəkildə) hadisə ilə bağlı yarıya endirilmişdir.

İstinadlar[redaktə | əsas redaktə]

  1.  (ing.) "Brazil football team Chapocoense in Colombia plane crash". BBC News. 29 noyabr 2016.
  2. 2,0 2,1  (ing.) "Crash: LAMIA Bolivia RJ85 near Medellin on Nov 28th 2016, electrical problems, impact with terrain". Aviation Herald. 29 noyabr 2016.
  3.  (ing.) "CP-2933 accident description". Aviation Safety Network. 29 noyabr 2016.
  4.  (ing.) "Plane carrying 81, including soccer team, involved in accident in Colombia". CNN. 29 noyabr 2016
  5. 5,00 5,01 5,02 5,03 5,04 5,05 5,06 5,07 5,08 5,09 5,10 5,11 5,12 5,13 5,14 5,15 5,16 5,17 5,18  (ing.) Colombia plane crash: 76 killed, 5 survivors from plane carrying Chapecoense footballers
  6.  (ing.) "Plane crashes in Colombia with Brazilian football team on board". The Sun. 29 noyabr 2016.
  7.  (isp.) "Dos futbolistas y una azafata, los primeros superviviente del accidente del Chapecoense". El Español. 29 noyabr 2016.
  8.  (isp.) "Trágico accidente cerca de Medellín del avión que transportaba al equipo brasileño Chapecoense deja 76 muertos". BBC World 29 noyabr 2016.
  9.  (por.) "Avião da Chape sofre acidente; Danilo, Ruschel e Follmann estão entre sobreviventes" . 29 noyabr 2016.
  10.  (por.) "Goleiro Jackson Follmann tem perna amputada após acidente da Chape". GloboEsporte.com . 29 noyabr 2016
  11.  (isp.) "Accidente de avión en el que viajaba Chapecoense deja 75 personas muertas". Caracol.tv. 2016-11-29
  12. 12,0 12,1  (por.) "Avião que transportava equipe da Chapecoense cai na Colômbia". Diário de Pernambuco 2016-11-29.
  13.  (por.) "Temer decreta luto de três dias pela tragédia com time da Chapecoense". g1.globo.com 29 noyabr 2016.