Maravi döyüşü (2017)

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Maravi döyüşü
Moro problemi
Maravi  — yerləşdiyi ərazi Filippin
Maravi
Maravi
Maravi (Filippin)
Maravi döyüşünün baş verdiyi ərazinin ölkə xəritəsindəki yeri.
Tarix 23 may, 2017 - davam edir.
Yeri Maravi, Filippin
Nəticəsi
Münaqişə tərəfləri
Flag of the Philippines.svg Filippin AQMI Flag asymmetric.svg İŞİD
Komandanları
Flag of the Philippine Army.svg Rolando Bautista AQMI Flag asymmetric.svg İsnilon Hapilon
İtkilər
1 ədəd qırıcı[1]
2 polis öldürülüb[2]
1 təhlükəsizlikçi
31 əsgər yaralanıb[3]
11 dinc sakin öldürülüb.[4][5]

Maravi döyüşü (ing. Battle of Marawi) - Filippinin Mindanao adasında yerləşən Maravi şəhərində 2017-ci ilin 23 may tarixindən başlamış döyüş. Toqquşmalar hökümət qüvvələri və şəhərə nəzarəti ələ keçirmək istəyən silahlı terrorçular arasında baş vermişdir. İraq Şam İslam Dövlətinə bağlı olduqlarını elan edən Əbu SəyafMaut silahlı qrupları şəhər üzərində nəzarəti təmin etmək məqsədi ilə 23 maydan etibarən döyüşlərə başlayıblar. [6]

Hökümət rəsmilərinin məlumatına əsasən terrorçulara rəhbərlik edən İsnilon Hapilon Maravi şəhərində olan İraq Şam İslam Dövlətinə bağlı qrupları bir araya topladıqdan sonra şəhər üzərində nəzarəti ələ keçirmək məqsədi ilə 23 may tarixində hərəkətə keçib.[7][8] Silahlı qarşıdurmanın genişlənməsi nəticəsində ordu, polis və təhlükəsizlik qüvvələrinə məxsus personal ilə terrorçular arasında toqquşmalar baş verib. [9]

Maut terrorçu qrupunun hücum zamanı şəhərdə yerləşən bəzi binaların ələ keçirildiyi bildirilir. Həmin binalar sırasında bələdiyyə binası, şəhər həbsxanası, Mindanao Universitetinin korpusu və xəstəxanda var. Qrup eyni zamanda mərkəzi küçələri zəbt etməklə şəhərdə yerləşən Müqəddəs Mariya Katolik Kilsəsinin və dini seminariyanın binasını yandırıb.[10]

Hadisələr baş verən zaman Rusiyada rəsmi səfərdə olan ölkə prezidenti Rodriqo Duterte səfərini yarımçıq qoyaraq təcili ölkəsinə qayıdıb.

İstinadlar[redaktə | əsas redaktə]

  1. News, Chiara Zambrano, ABS-CBN. "Gunfire erupts at Marawi Army Camp". http://news.abs-cbn.com/news/05/25/17/gunfire-erupts-at-marawi-army-camp. İstifadə tarixi: 25 May 2017.
  2. "13 Maute fighters dead in clashes with gov't in Marawi City: AFP". ABS-CBN News. 24 May 2017. http://news.abs-cbn.com/news/05/24/17/13-maute-fighters-dead-in-clashes-with-govt-in-marawi-city-afp. İstifadə tarixi: 24 May 2017.
  3. "Marawi battle: 5 soldiers and 2 cops killed, 31 soldiers wounded | Inquirer News". Newsinfo.inquirer.net. 2017-05-24. https://newsinfo.inquirer.net/899255/marawi-battle-5-soldiers-and-2-cops-killed-31-soldiers-wounded. İstifadə tarixi: 2017-05-25.
  4. "9 na sibilyan na napadaan sa checkpoint ng Maute sa Marawi, brutal na pinatay". http://www.gmanetwork.com/news/news/ulatfilipino/612014/9-na-sibilyan-na-napadaan-sa-checkpoint-ng-maute-sa-marawi-brutal-na-pinatay/story/?utm_source=GMANews&utm_medium=Facebook&utm_campaign=news. İstifadə tarixi: 25 May 2017.
  5. Mallari, M.J. (25 May 2017). "Police chief beheaded, 5 soldiers slain in clash". The Daily Tribune. http://www.tribune.net.ph/headlines/police-chief-beheaded-5-soldiers-slain-in-clash. İstifadə tarixi: 25 May 2017.
  6. "Marawi crisis: What we know so far". The Philippine Star. 25 May 2017. http://www.philstar.com/headlines/2017/05/25/1703153/marawi-crisis-what-we-know-so-far. İstifadə tarixi: 25 May 2017.
  7. "TIMELINE: Maute attack in Marawi City". ABS-CBN News. 23 May 2017. http://news.abs-cbn.com/focus/05/23/17/timeline-maute-attack-in-marawi-city. İstifadə tarixi: 24 May 2017.
  8. Morallo, Audrey (23 May 2017). "AFP: Marawi clashes part of security operation, not terrorist attack". The Philippine Star. http://www.philstar.com/headlines/2017/05/23/1702885/afp-marawi-clashes-part-security-operation-not-terrorist-attack. İstifadə tarixi: 23 May 2017.
  9. Nery, J. (24 May 2017). "Key facts about a tumultuous Tuesday in Marawi City". Philippine Daily Inquirer. http://newsinfo.inquirer.net/898990/key-facts-about-a-tumultuous-tuesday-in-marawi-city. İstifadə tarixi: 24 May 2017.
  10. "UCCP Statement on the Burning of Dansalan College". http://www.globalministries.org/uccp_statement_on_the_burning_of_dansalan_college. İstifadə tarixi: 25 May 2017.