Nevill Çemberlen

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Nevill Çemberlen
ing. Neville Chamberlain
Nevill Çemberlen
Bayraq
Böyük Britaniyanın 60-cı baş naziri
Bayraq
28 may 1937 — 10 may 1940
Sələfi: Stenli Bolduin
Xələfi: Uinston Çörçill
 
Partiya: Mühafizəkarlar partiyası
Təhsili: Birmingem Universiteti
Doğum tarixi: 18 mart 1869(1869-03-18)
Birmingem, Flag of the United Kingdom.svg Böyük Britaniya
Vəfat tarixi: 9 noyabr 1940 (71 yaşında)
Hekfild, Flag of the United Kingdom.svg Böyük Britaniya
Atası: Cozef Çemberlen
 
İmzası: İmzası

Artur Nevill Çemberlen (ing. Arthur Neville Chamberlain; 18 mart 1869, Birmingem, Böyük Britaniya - 9 noyabr 1940, Hekfild, Ridinq yaxınlığında, Böyük Britaniya) — 19371940-ci illərdə Böyük Britaniyanın 60-cı baş naziri.

Həyat və fəaliyyəti[redaktə | əsas redaktə]

Artur Nevill Çemberlen 18 mart 1869-cu ildə Birmingemdə anadan olmuşdur. 1918-ci ildən parlament deputatı, 19301931-ci illərdə Mühafizəkarlar partiyasının sədri, 19371940-cı illərdə isə Böyük Britaniyanın baş naziri olmuşdur. Faşist təcavüzünü SSRİ-yə qarşı yönəltmək məqsədilə Çemberlen hökuməti Hitler Almaniyasına bir sıra güzəştlərə getmiş, Moskva danışıqlarına (1939) rəğmən Almaniya ilə gizli sövdələşməyə cəhd göstərmişdir. Lakin Çemberlen hökumətinin bu siyasəti boşa çıxdıqdan sonra Böyük Britaniya əlverişsiz bir şəraitdə İkinci dünya müharibəsinə qoşulmuşdu. 1940-cı il, mayın 10-da istefa verməyə məcbur olmuş və elə həmin ilin noyabrın 9-da vəfat etmişdir.