Portal:Azərbaycan

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Flag of Azerbaijan beautiful Background.png
Portal:Azərbaycan


Bayraq
Gerb
Ərazisi

Azərbaycan, rəsmi Azərbaycan Respublikası — Avrasiyanın Qafqaz regionunda ən böyük ölkədir. Cənubi Qafqazda, AvropaMərkəzi Asiyanın kəsişməsində olan Xəzər dənizi hövzəsində yerləşir.

Azərbaycan şərqdə ilk demokratik və dünyəvi dövlət qurmuşdur. Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik türk və müsəlman çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti var. 38 beynəlxalq təşkilatın üzvüdür.

Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan yeni yaradılan BMT insan haqları assambleyasına üzv oldu. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa ŞurasıNATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.


redaktə


Seçilmiş Məqalə

Ansemble of Sadykhjan.jpg
Muğam — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır. Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir. Muğamın ifası alətdə mükəmməl çalmağı bacarmaqla yanaşı, həm bütün kompozisiyanın quruluşunun qanunauyğunluqlaqrına, həm də şöbədən-şöbəyə keçidin məntiqinə bələd olmağı tələb edir. 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Arxiv/Redaktə

Seçilmiş məkan

A View from Xinaliq.jpg
Xınalıq — (xın. Хыналыкъ) və ya yerli dildə: Kətiş (xın. Каьтиш) — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir.(Davamı...)


Arxiv/Redaktə

Seçilmiş Şəkil

Գանձասարի վանքը.JPG
Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən, 1216-1261-ci illərdə Xaçın knyazı Həsən Cəlalın sifarişi ilə inşa edilmiş və 1836-cı ildə Alban Həvari Kilsəsi ləğv edilənə kimi alban katolikoslarının iqamətgahı olmuş Gəncəsər monastırı.


Arxiv/Redaktə

Seçilmiş Bioqrafiya

Şirvanşah I İbrahim rəssam Nəcəfqulu İsmayılov.jpg
Şirvanşah İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubad — (?, Şəki15 sentyabr 1417, Şamaxı) — Şirvanşahlar dövlətinin otuz dördüncü hökmdarı, Şirvanşahların Dərbəndilər sülaləsinin banisi. I İbrahim 1382 - ci ildə Şirvanşah Huşəng ibn Kavusun ölümündən sonra taxta gətirilmiş və 1417 - ci ilə kimi ölkəni idarə etmişdir. Uzaqgöən siyasətçi olan I İbrahim, Əmir Teymur və Toxtamış arasında siyasi manevrlər edərək, Azərbaycanı mümkün qədər dağıntılardan qurtarmağa çalışmış, eyni zamanda Əmir Teymurun, Gürcüstana, Rumelinə olan yürüşlərində iştirak etmişdir. Bütün Azərbaycan ərazisini vahid siyasi hakimiyyət altında birləşdirməyə cəhd edən I İbrahim 1406 - cı ildə Təbriz şəhərinə girmiş, qısa müddətə olsa da Azərbaycanın böyük bir hissəsini Şirvanşahların hakimiyyəti altında birəşdirməyə nail olmuşdur. 6 noyabr, 1412 - ci ildə Kür çayı sahilində baş verən döyüşdə Qaraqoyunlu Qara Yusifə əsir düşən I İbrahimi Təbriz əhalisi xərac verərək xilas etmişdir. I İbraimin hakimiyyəti dövründə Azərbaycan mədəniyyətinin inkişafına qayğı ilə yanaşılmışdır. (Davamı...)


Arxiv/Redaktə

Sitatlar

Wikiquote-logo.png
" Qələm əyri yonulsa da düz yazar. "
Azərbaycan atalar sözü


Vikisitatda Azərbaycan atalar sözləri


Arxiv/Redaktə

Bilirdinizmi...

Arxiv/Redaktə

Kateqoriyalar

Azərbaycan kateqoriyaları

Bütün alt kateqoriyalar üçün "+" klikləyin:
Arxiv/Redaktə


Panorama

Panoramabild Baku Filarmonia Park.JPG
Bakı qalasının və Filarmoniya bağının panoramı


Arxiv/Redaktə

Əlaqəli portallar

Flag of South Azerbaijan.svg

Coat of Arms of Turkey.svg

Greater coat of arms of Georgia.svg

Emblem of Iran.svg

Coat of Arms of the Russian Federation.svg

Герб Туркменистана.gif

Uzbekistan coa.png

Emblem of Kazakhstan.svg

Cənubi Azərbaycan

Türkiyə

Gürcüstan

İran

Rusiya

Türkmənistan

Özbəkistan

Qazaxıstan


Portal:Европа
Portal:İslam
Portal:Asiya
Portal:Afrika
Avropa İslam Asiya Afrika
Arxiv/Redaktə

Digər resurslar

Azərbaycan Vikixəbərdə     Azərbaycan Vikisitatda     Azərbaycan Vikikitabda     Azərbaycan Vikimənbədə     Azərbaycan Vikilüğətdə     Azərbaycan Vikiversitetdə     Azərbaycan Vikimedia Kommonsda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Şəkillər & Mediya
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity-logo.svg
Commons-logo.svg


Arxiv/Redaktə