Portal:Coğrafiya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar


redaktə  

γεωγραφία

Rotating earth (Very small).gif
Coğrafiya portalına
xoş gəlmisiniz!
MonthlyMeanT.gif



redaktə  

Qitələr


redaktə  

Cscr-featured.svg Seçilən məqalə

Pangea animation 03.gif

Təbiət elmləri (ing. Natural science, alm. Naturwissenschaften) — insana xarici münasibətdən təsir edən təbiət amillərini öyrənən elm sahələri. Təbiət elmləri dünyanı naturalist nöqteyi-nəzərindən öyrənir və cəmiyyətdən təbiətə münasibətdə onun qanunlarına hörmətlə yanaşmağı tələb edir. Naturalizm insanın yaratdığı qanunları təbii proseslərə şamil etmədən, təbiət qanunlarını öyrənərək istifadə etmək üzərində qurulan sistemdir. Təbiət elmlərinin yaranması elmi tədqiqatlara fəlsəfi yanaşmanın nəticəsidir. Təbiət elmləri anlayışı həmçinin, humanitar elmlərlə ictimai elmlər arasında fərqi göstərmək üçün istifadə edilir. Riyaziyyat elmi məntiqlə birlikdə formal elmlərə daxil edilir və təbiət elmlərinə aid edilmir. Çünki, onların metodologiyası təbiət elmlərinin metodologiyasından kəskin fərqlənir.



redaktə  

Seçilən şəkil



redaktə  

Ölkələr

Flag of the United Kingdom.svg

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq (qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi işlədilir) – şimali-qərbi Avropa dövləti. Dövlətin tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Kontinental Avropaya (Fransa vasitəsilə) La Manş kanalı ilə birləşir. Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, UelsŞimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.



redaktə  

Şəhərlər

Grandes Armes de Paris.svg

Paris (fr. Paris, tələf. Paği) — Fransa Respublikasının paytaxtı, ölkənin mühüm iqtisadi, mədəni və inzibati mərkəzidir. Fransanın şimalında, İl-de-Frans əyalətində, Sena çayı sahilində yerləşir. Paris böyük beynəlxalq əhəmiyyətə malikdir. Burada UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Beynəlxalq Ticarət Palatasının mənzil qərargahları yerləşir.

Körpülərin birində "Paris Meridianı" həkk olunmuş tunc medalyon

Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir.



redaktə  

Adalar

Martinika
Martinika
Martinique-11-Les Salines Beach.jpg

(fr. Martinique [maʀtiˈnik], Kreol. Matinik və ya Matnik) – Karib dənizi hövzəsində Kiçik Antil arxipelaqına daxil olan ada. Fransaya məxsusdur və onun Dənizaşırı departamentinə daxildir. Martinikanın qədim sakinləri onu "Çiçəklənən ada" – Madinina adlandırmışlar. Bu ada Fransanın ərazisi kimi Avropa Birliyinə inteqrasiya olunmuşdur. Martinika adası Atlantik okeanında, Karib dənizi hövzəsinə aid Kiçik Antil arxipelaqına aid olub Dominikan Respublikasından 25 km cənubda, Sent-Lüsiyadan 37 km şimalda yerləşmişdir. Adanın uzunluğu 73 km, eni isə 39 km-dir. Sahilinin uzunluğu təxminən 350 km-dir. Ada ilə Paris arasındakı məsafə 6850 km-dir. Ada dağ silsiləsinə malikdir. Burada 1397 m hündürlüyə malik Mon Pele (fr. Montagne Pelée — Keçəl dağ) vulkanı yerləşir.



redaktə  

Dağlar/Vulkanlar

Kiçik Qafqaz
Kiçik Qafqaz
Murov mountain in Azerbaijan-Caucasus3.jpg

Kiçik Qafqaz dağları (Gürcücə: მცირე კავკასიონი, Rusca: Малый Кавказ) — Qafqazda olan 2 dağ sıralarından biridir. Kiçik Qafqaz sırası 600 km uzunluğda, Böyük Qafqaz dağlarının cənubində yerlaşib. Onun ən uca dağı Gamış dağı (3724 m). Bu dağ sırası İran, Azərbaycan, Ermənistan, GürcüstanTürkiyə sərhədlərindən geçir. Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarətdir. Bunlar Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. Bəzi mənbələdə Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamış dağınədək (3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz dağı (3030 m) Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır.



redaktə  

Su hövzələri

Řeka Karkar, Náhorní Karabach.jpg

Qarqarçay - Kürün sağ qoludur. Şuşa, Xankəndi, AğdamAğcabədi rayonları ərazizsindən axır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 1490 km²-dir. Qarabağ silsiləsinin şərq hissəsindən axan Kərkicahan, XəlfəliZarıslı çaylarının birləşməsindən əmələ gəlir. Çayın mənsəbi Kür çayının sağ sahilində olan Ağgöl bataqlıqlarındadır. Sağdan Badara (uzunluğu 32 km) və Quşçular (uzunluğu 12 km), soldan isə Ballıca (uzunluğu 24 km) çaylarını qəbul edir. Xankəndi (uzunluğu 33 km) və Kərkicahanı (uzunluğu 28 km) iki yerə ayırır. Çayın illik axımının 45%-i yağış, 27%-i qar, 38%-i isə yeraltı sulardan əmələ gəlir. Axıncaçayın orta illik su sərfi 3,15 kub m/san-dir. Axımın 50%-i yazda, 25%-i yayda, 15%-i payızda, 10%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 0,29kq/san, lillənməsi isə 92 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300-500 mq/l minerallaşmaya malikdir. Qarqarçaydan geniş istifadə olunduğu üçün yay aylarında suyu mənsəbə gəlib çatmır. Xələfliçayın töküldüyü yerdə HES tikilib, su anbarı yaradılmışdır.HES Kərkicahan ərazisində yerləşir. Ağdamın Novruzlu, Saybalı, Yusifcanlı, və.s kəndləri Qarqar çayının qırağında yerləşir.



redaktə  

Bilirsinizmi



redaktə  

Bizim fauna


redaktə  

Təbiət

White-tailed deer.jpg

Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən AvstraliyaYeni Zelandiyaya gətirilib.

Azərbaycan forklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".



redaktə  

Təbiət qoruqları

Coğrafiya (Azərbaycan)
Crystal licq.png
Göy-Göl Dövlət Təbiət Qoruğu

Göy-Göl dövlət təbiət qoruğuAzərbaycanda yaranan ilk qoruqdur. 1925-ci ildə yaradılan bu qoruq Qafqazın şimal–şərq yamaclarında Göygöl rayonunun ərazisində yerləşmişdir. Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin suvalr qurşaqlarında təbiət komplekslərinin qorunub saxlanılmasıdır. Göy-Göl dövlət təbiət qoruğunun ərazisi dərin vadilər vasitəsilə bir çox tərkib hissələrə ayrılmışdır. Həmin vadilərdə kiçik, iti çaylaraxır. 10-a yaxın göllər mövcuddur. Meşəlikdə qonur dağ – meşə, çəmənlikdə dağ – çəmən torpaqları mövcuddur. İqlim əsas soyuq qışı quru olur. Floranın tərkibini 420 növ bitki, o cümlədən 76 növ ağac və kolluqlardır. 1100 – 2200 m hündürlükdə yarpaqlı ağaclar: şərq fısdığı, şərq palıdı, vələs ağacları mövcuddur. Göygöl gölünün ətrafında şam, vələs, palıd, küknar, quşarmudu, itburnu, yemişan, alça, gərməşov var.



redaktə  

Təbiət möcüzələri

Coğrafiya (İsveçrə)
Blue pog.svg
Rayxenbax şəlaləsi
Reichenbach.JPG

Reyxenbax və ya Rayxenbax şəlaləsi (alm. Reichenbachfälle) — İsveçrənin Mayringen kommunasının yaxınlığında, Reyxenbax dərəsinin aşağı hissəsində, Aar çayının qolu Reyxenbax üzərində yerləşən şəlalə. Hündürlüyü təxminən 250 metrdir. Alp dağlarında yerləşən ən məşhur şəlalələrdən biridir. Şəlaləyə Reyxenbax funikulyorunun köməyilə yetişmək mümkündür. Şəlalə bir neçə səbəbdən məşhurdur. Öz gözəlliyi və ölçülərindən başqa, o həm də beze şirniyyatının vətəni sayılan Mayringen yaxınlığında yerləşir. Şəlalənin məşhurluğunun digər səbəbi Şerlok Holmsdur. Artur Konan Doyl XIX əsrin sonunda şəlalənin yanında olarkən onun gözəlliyinə məftun olmuşdu. Daha sonra, o, belə qərara gəlir ki, Şerlok Holms məhz “bu dəhşətli yerdə” həlak olmalıdır.



redaktə  

Təbii yataqlar

Coğrafiya (Azərbaycan)
Gota03.svg
Çovdar qızıl

Gədəbəy və Çovdar qızıl yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşir. Yataq 2003-2005-ci illərdə kəşf edilmişdir. Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur. Yatağın işlənilməsi üçün ilk dəfə 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Şirkət layihə üçün zəruri olan bütün kapitalı təmin edir.



redaktə  

Coğrafiyaşünaslar

İbn-Bəttutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (24 fevral 1304-1377) — Ərəb səyahətçi və satıcı. Digər ərəb səyyahlarından fərqli оlaraq, оlduğu ölkələrin əhalisi haqqında daha çох maraqlanmışdır. 22 yaşında Mərakеşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində оlmuş, daha sоnra Fələstin Məkkəyə gеtmişdir. Məkkədə gеri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı kеçərək Rusiyaya daхil оlmuş və Sibirə yоllanmışdır. Rusiyadan Istanbula qayıdaraq Оrta Asiyaya, buradan isə Əfqanıstandan kеçməklə Hindistana yоla düşmüşdür. Hindistanda dövlət хidmətinə götürülən səyyah 1342-ci ildə Çində оlur. Daha sоnra Maldiv adalarında, Mərakеşdə, təkrar Ispaniya, Saхarada оlmaqla 1377-ci ildə vəfat еdir. Ibn-Bətutə оrta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında оlan ərazilərdə оlan yеganə səyyah оlmuşdur. Оnun qarşıya qоyduğu əsas məqsəd ХIV əsrin II yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi.



redaktə  

Kateqoriyalar



redaktə  

Coğrafiyadan maraqlı faktlar

Welna Nielba.jpg

Polşada olan VelnaNelba çayları bir biri ilə 90˚ ilə birləşir



redaktə  

Bu ayda...

Map of the War of the Pacific.en.svg

(Arxiv...)



redaktə  

Əlaqəli portallar



Europe (orthographic projection).svg
Members of Asian Tennis Federetaion.png
Africa (orthographic projection).svg
BK North America (orthographic projection).png
Location South America.png
Oceania (orthographic projection).svg
Antarctica (orthographic projection).svg
Avropa Asiya Afrika Şimali Amerika Cənubi Amerika Avstraliya və Okeaniya Antarktida



Coğrafiya Vikixəbərdə     Coğrafiya Vikisitatda     Coğrafiya Vikikitabda     Coğrafiya Vikimənbədə     Coğrafiya Vikilüğətdə     Coğrafiya Vikiversitetdə     Coğrafiya Vikimedia Kommonsda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Şəkillər & Mediya
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity-logo.svg
Commons-logo.svg