Portal:Elm

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
redaktə  

Elm Portalı


redaktə  

Seçilmiş məqalə


Reqemler.gif
"Numerologiya" — Rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsi. Bütün qədim mədəniyyətlərdə "elm""magiya" bir-birindən ayrı tutulmayıb. Buna görə də riyaziyyat – numerologiyadan, astronomiyaastrologiyadan, tibbxalq təbabətindən ayrılmayıb, birlikdə fəaliyyət göstərmişlər. Numerologiya qərb mədəniyyətlərində olduğu kimi, şərq mədəniyyətlərində də tətbiq edilir. Reformasiya, yeni sistemlərin tətbiqi, kapitalizm və s. "elm" və "magiya"nı bir-birindən ayırdı. Hazırda "numerologiya" sahəsinə mistik sahə kimi baxılır... Məqaləni oxu...


redaktə  

Bilirsinizmi


  • Ruhlar - onların varlığı haqqında ciddi bir sübut yoxdur hələki onları gördüyünü, onlarla söhbət etdiyini, onların şəkillərini çəkdiyini söyləyən çoxlu insanlar var. Ancaq elm hələki bu varlığı sübuta yetirməyib.
  • Psixi güc - həm şərq-də həm də qərbdə bir sıra insanlar psixi güclərə inanırlar. Bu günə kimi psixi gücləri olduğunu deyən insanlar alimlər tərəfindən test ediliblər. Hər dəfə də ya heçnə edə bilməyiblər, ya da ediblərsə nəsə şübhəli qalıbdır Altıncı hissin gücünə inanan adamlar hələ tam dəqiqliyi ilə bu hissin sübutunu elmə aça bilməyiblər.
  • Uzaqgörən - psixoloqlar bu hissi açıqlayanda insanlar zehinsəl, fərqində olmadan ətrafımızdakı dünya haqqında məlumat topladıqlarını deyirlər. Bu şəkildə biz əslində sadəcə görünüşdə bilmədiyimiz bəzi şeyləri bilir ya da hiss edirik. Ancaq sözügedən məlumatlar zehnimizin dərinliklərində yaşadığı üçün bunun necə olduğunu heç cür anlaya bilmirik.
  • Ölümdən sonrakı həyat - həyatlarında bir dəfə kliniki ölüm keçirmiş insanların bəziləri qaranlıq bir tuneldə yol alıb sonda isə ağ bir işığa qovuşduqlarına dair hekayələr danışarlar. Bu fikirlər son dərəcə təsiredici olmaqla bərabər təəssüf ki hələ heç kim o birisi tərəfdən əlində bir sübut ilə ya da doğrulanacaq bir məlumatla geri dönməyi bacarmayıb. O biri dünyaya şübhə ilə baxanlar sözügedən mövzunun travma keçirmiş bir beynin bir sıra xəyallar gördüyünü qeyd edirlər. Bunun üçün də bu da hələ də sirr olaraq qalır.


redaktə  

Şəxsiyyətlər


Alan Turing Aged 16.jpg
Alan Türinqinformatika elminin inkişafına mühüm təsir göstərmiş ingilis riyaziyyatçısı, məntiqçikriptoqrafı. Britaniya İmperiyasının Ordeni kavaleri (1945) və London kral cəmiyyətinin üzvü (1951). Alimin 1936-cı ildə təklif etdiyi və hal-hazırda bütün ümumi təyinatlı kompüterlərin modeli sayılan mücərrəd "Türinq hesablama maşını", alqoritm anlayışı formallaşdırmağa imkan vermiş və indiyə qədər keçirilən çoxlu nəzəri və təcrübi tədqiqatlar zamanı istifadə olunmuşdur. A.Türinqin elmi əsərləri - informatikanın əsaslarına (və xüsusilə süni intellekt nəzəriyyəsinə) verilən həqiqi töhvədir.

İkinci Dünya müharibəsi zamanı Alan Türinq Bletçli parkda yerləşən və kod və şifrləri tədqiq edən Hökümət məktəbində işləyirdi; həmin bu mərkəzdə Berlin-Roma-Tokio oxu tərəfindən yaradılan çoxsaylı kod və şifrlər sındırılırdı (bunu elmi dildə kriptoanaliz adlandırırlar). Bundan başqa o, Almaniya hərbi dəniz donanması tərəfindən göndərilən məlumatların kriptoanalizinə cavabdehlik daşıyan xüsusi Hut 8 qrupuna rəhbərlik edirdi. Türinq müdaxilə və deşifrə üçün bir sıra metodları işləyib hazırlamışdır, o cümlədən, Bombe alətinin nəzəri bazası üçün (Bombe - Eniqma kodunun oxunması məqsədilə yaradılmış elektron-mexaniki maşındır).

Müharibədən sonra Türinq Milli fizika laboratoriyasında çalışmışdır; burada onun layihəsi üzrə ACE proqramını yaddaşında saxlayan dünyanın ilk kompüterinin yaradılması həyata keçirilmişdir. (Davamı.../Arxiv)


redaktə  

Seçilən şəkillər


The_Earth_seen_from_Apollo_17.jpg
Yer kürəsinin "Apollon 17" kosmik gəmi ilə çəkilmiş kosmosdan xarici görünüşü


redaktə  

Əlaqəli portallar