Qriqori Qaqarin

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Qriqori Qaqarin

Qaqarin Qriqori Qriqoryeviç (11 may 1810, Peterburq - 30 yanvar 1893, Fransa, Şaterlo) - rus rəssamı, incəsənət tədqiqatçısı. Romada K.P. Bryullovdan dərs almışdır. Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti olmuşdur (1859-1872). Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) burada yaşayan xalqların məişətinə aid tablolar, portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdir. Qaqarin Azərbaycanın şəhərlərində də olmuş, “Şamaxı rəqqasələri”, “A.A. Bakıxanovun portreti” və s. rəsmlər, həmçinin, Azərbaycan memarlıq abidələrini təsvir edən əsərlər çəkmişdir.

Əsərləri[redaktə | əsas redaktə]

Mənbə[redaktə | əsas redaktə]