Rostov-na-Donuda təyyarə qəzası (19 mart 2016)

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Rostov-na-Donuda təyyarə qəzası
Авиакатастрофа в Ростове-на-Дону (23).jpg

300px

Xülasə
Tarix: 19 mart 2016
Qəza növü  İkinci eniş zamanı qəza
Bölgə Rostov-na-Donu, Flag of Russia.svg Rusiya
Koordinatlar  47°15′50″N 39°49′44″E / 47.26389°N 39.82889°E / 47.26389; 39.82889Koordinatlar: 47°15′50″N 39°49′44″E / 47.26389°N 39.82889°E / 47.26389; 39.82889
Uçuş Dubay
Eniş Rostov-na-Donu
Sərnişinlərin sayı 55
Komanda 7
Ölənlərin sayı 62
Təyyarə
Təyyarə modeli Boeing 737
Havayolu firması Flydubai
Uçuş nömrəsi FZ-981
Qeydiyyat nömrəsi A6-FDN

Rostov-na-Donuda təyyarə qəzası — 19 mart 2016-cı ildə Dubay beynəlxalq hava limanından uçan Boeing 737 tipli təyyarənin Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğraması. Rostov-na-Donu şəhərində qəzaya uğrayan "Flydubai" aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub. Təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib.

İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə əcnəbilər olub[1].

Dövlətlərarası Aviasiya Komitəsi (DAK) təyyarənin qara qutusunu tədqiq etdikdən sonra yaydığı məlumata görə, "təyyarənin “qara qutu”sunu tam tədqiq olunduqdan və analiz edildikdən sonra belə nəticəyə gəlinib ki, laynerin heç bir sistemində kiçik də olsa nasazlıq yaranmayıb. Təyyarə həm uçuşa başlarkən, həm də eniş edərkən saz vəziyyətdə imiş"[2].

Heyət üzvləri və sərnişinlər[redaktə | əsas redaktə]

Vətəndaşlıq Sərnişin Heyət Cəmi
Flag of Russia.svg Rusiya 44 1 45
Flag of Ukraine.svg Ukrayna 8 0 8
Flag of India.svg Hindistan 2 0 2
Flag of Uzbekistan.svg Özbəkistan 1 0 1
Flag of Greece.svg Yunanıstan 0 1 1
Flag of Spain.svg İspaniya 0 1 1
Flag of Cyprus.svg Kipr 0 1 1
Flag of Kyrgyzstan.svg Qırğızıstan 0 1 1
Flag of Colombia.svg Kolumbiya 0 1 1
Flag of Seychelles.svg Seyşel adaları 0 1 1
Cəmi: 55 7 62

Flydubai şirkətinin məlumatlarına görə sərnişinlərdən 33 nəfəri qadın, 18 nəfəri kişi, 4 nəfəri uşaqdır.

İstinadlar[redaktə | əsas redaktə]

  1. "Rusiyada dəhşətli təyyarə qəzası" (azərb.). TASS. lent.az. 19 mart 2016. http://news.lent.az/news/236770. İstifadə tarixi: 19 mart 2016.
  2. "“Qara qutu” sirri açdı: Rostovda qəzaya uğrayan təyyarə saz vəziyyətdə olub" (azərb.). APA. lent.az. 29 mart 2016. http://news.lent.az/news/237583. İstifadə tarixi: 29 mart 2016.

Xarici keçidlər[redaktə | əsas redaktə]