Sualtı qayıq

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Sovet sualtı qayığı "Akula"

Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sual altı qayıqlara su altı gəmilər də deyilir.

Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur.

Tarixinə dair[redaktə | əsas redaktə]

Qudo Vigevanonun işlədiyi sualtı qayığı (XİV əsr)
Roberto Valturionun qayığı (1472)

Insanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən AristotelPlinus bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərinAralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var.

Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var. Texniki cəhətdən təkmilləşdirilmiş sualtı qurğularının inkişafı XV əsrdən başlayarq genişlənir. Belə ki, 1405-ci ildə Nürnberqli silah ustası Konrad Kyezer öz Bellifortis adlanan işində sualtı skafandrı təsvir etmişdir. 1472-ci ildə Roberto Valturio öz sualtı qayığını çəkir və 1515-ci ildə Leonardo da Vinçi bir nfərlik sualtı maşının layihəsini verir.

Ümumilikdə XİX əsrdə sualtı qayıqlar haqqında olan nəzəri biliklər real işləyən gəmilərin yaradılmasında tətbiq olunmağa başlayır. Su, küləkəzələ gücündən asılı olmayan buxar maşını, elektrik mühərriki, akkumlyatorlar, daxili yanma mühərriklərinin ixtiraları sualtı qayıqların inkişafına təkamül vermişdir. Poladın sənaye üsulu ilə istehsalının güclənməsi sualtı qayıqların istehsalı əvvəllər tətbiq olunan, su da bakteriyalara qarşı həsas olan ağacı sıxışdırmağa başalyır. Bundan əlavə Giovanni Luppis tərəfindən 1860-cı ildə torpedonun ixtiras ilə sualtı qayıqların hərbi məqsədlrə üçün tətbiqi üçün geniş yol açılır.

İspaniyanın Isaak Peral adlı sualtı qayığı, 1886

XİX əsrin sonlarında müxtəlif dövlətlərin dəniz donanmaları sualtı qayıqlarla maraqlanmağa başlayırlar. İlk növbədə İspaniya, FransaABŞ bu qayıqların layihələndirilməsi üçün müsabiqələr elan edirlər. 1886-cı ildə İspaniya donanması dəniz zabiti İsaak Peral tərəfindən işlənmiş, elektriklə işləyən Peral adlı qayığı xidmətə götürümsinə baxmayaraq onun akkumlyatoru hələ təkmil deyildi. 1881-ci ildə fransız Gubet elektrik mühərrikini ilk dəfə olaraq sualtı qayıqda tətbiq edir. 1888-ci ildən Fransa sualtı qayıqları hazırlayır və dənzi dnanmasnın sərəncamına verir. Henri Dupuz və Gustav Zede batareya ilə işləyən sualtı qayığı düzəldirlər. 1899-cu ildə Maksim Laubuf "Narval" adında buxarla işləyən sualtı qayğında təkrar yüklənəbilən batareyad istifadə edilir. 1904-cü ildən başlayaraq Fransa sualtı qayıqlarda daha səssiz işləyən dizel mühərriklərindən istifadə edir.

Dinc məqsədlərlə istifadəsi[redaktə | əsas redaktə]

Təbiəti seyr etmək üçün sualtı qayıq

Sualtı qayıqlar elmi-tədqiqat məqsədilə geniş istifadə olunur. Yerin geomaqnit sahəsini araşdrma zamanı sualtına batmş qayıq stabil orientasiyaya malik platforma rolunu oynayır.

İlk elmi tdqiqat sualtı qayığı 1914-cü ildə alman zooloqu Şottlenderin ideyası əsasında hazırlanmışdır. Növbəti sualtı qayığı "Nautilus" 1917-ci ildə amerikada hazırlanmış və 1931-ci ildə isə yenidən konstruksia edilərək tədqiqat məqsədilə tətbiq olunmuşdur.

Sualtı qayıqlarından turist məqsədləri üçün də istifadə olunur. İlk turist sualı qayığı 1964-cü ildə Cenevrə dənizində istismara verilmişdir. Son illərdə 100 m dərinlikdə üzə bilən, həcmi 24-64 adam tutumuna malik turist sualtı qayıqları geniş yayılmışdır. Bu gəmilərdə yan tərəflərdə yerləşdirilmiş böyük pəncərələr ətrafı seyr etçəyə xidmət edir. Adətən onlar böyük dəniz kurortlarında məskənləşirlər və sahildən çox da uzaqlaşmayırlar.

Konstruksiyası[redaktə | əsas redaktə]

VICTORIA sinifinfən olan sualtı qayıqın sxematik təsviri

Müasir sualtı qayıqlar əsasn iki korpusa malik olur: suburaxabilən yüngül gövdə və suburaxmayan əsas gövdə. Birincinin məqsədi qayığa hidrodinamik forma verməkdir. Əsas gövdə isə ən böyük əinliklərdə yaranan təzyiqə tab gətirir. Daxili gövdə aralıq divarları ilə kiçik qəfəslərə bölünür ki, bu da yanğın və deşimə zamanı gəmnin uzunömürlülüyünü artırır. Əsas gvd adətən yükəsk axıcılq hddinə malik legirli poladdan hazırlanır. Titan materialının tətbiqi qayığın çəkisini azaltmağa, korrziyaya davamlılığnı artırmağa imkan versə də, onun hazırlanması çox əməktutumludur. Sualtı qayıqların hazırlanmasında perspektivli material kimi kompozit materiallar hesab olunurlar. Suya batma üzüçülük xassəsinin dəyişməsi və differentin köməyi ilə həyata keçirilir. Əsas yükün sir neçə sisterni su ilə dolduqdan sonra gmi bamağa başlayır.

Dərinliyin dəyşdirilməsi horizontal sükan vasitəsilə idarə olunur, üzçıxma isə suyun sisternlərdən sıxılmış hava və ya qazla basıb boşalması hesabına baş verir.

İstinad[redaktə | əsas redaktə]

  • Шунков В. Н. Подводные лодки. — Мн.: Поппури, 2004
  • Ulrich Gabler: Unterseebootbau. Bernard & Graefe, Koblenz 1997, ISBN 3-7637-5958-1.