Takaaki Kacita

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Takaaki Kajita
梶田 隆章
Portret
Takaaki Kajita 2015-ci ilin dekabrında Stokholmda Nobel Mükafatlarının verilməsi zamanı
Doğum tarixi:9 mart 1959(1959-03-09)
Doğum yeri: Yaponiya, Higaşimatsuyama
İş yeri: Tokio Universiteti
Elmi dərəcəsi: professor
Mükafatları:Nobel mükafatı

Takaaki Kajita(Yaponca:梶田 隆章 ) - 2015-ci ildə Nobel mükafatına layiq görülən yapon fiziki. Kamiokande labarotoriyasında neytrinlər haqqında ekspedisiyaları ilə məşhurdur.

Şəxsi həyatı[redaktə | əsas redaktə]

Kajita 1959-cu il martın 9-da Higaşimatsuyamada anadan olmuşdur. Həyat yoldaşı Miçiko isə Toyomada anadan olmuşdur.

Karyera[redaktə | əsas redaktə]

Kajita Saytama Univesitetində təhsil almış və 1981-ci ildə universitetin məzunu olmuşdur. O, 1986-cı ildə Tokio Universitetində işləyərkən doktorluq dərəcəsi almışdır.1988 -ci ildən Kosmik Radiasiya Tədqiqat İnstitutunda çalışmağa başlamışdır. 1992-ci ildə professor assistenti, 1999-cu ildə isə professor adını almışdır. 1999-cu ildə Kajita Kosmik Radiasiya Tədqiqat İnstitutunun Kosmik Neytrinlər mərkəzinin direktoru seçilmişdir. 2015-ci ildən isə Kosmik Radiasiya Tədqiqat İnstitutunun direktoru kimi fəaliyyət göstərir.

Mükafatları[redaktə | əsas redaktə]

  • 1989: Kamiokande eksperimentlərinə görə Bruno Rossi Mükafatına layiq görülmüşdür.
  • 2002: Panofski Mükafatı
  • 1987: Asahi Mükafatı
  • 1999: Nişina xatirə Mükafatı
  • 2013: Julyo Wess Mükafatı
  • 2015: Nobel mükafatı
  • 2016: Əsas Fizika Mükafatı

Xarici keçidlər[redaktə | əsas redaktə]