VI Mehmed

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
VI Mehmed Vahidəddin
سادس محمد وحيد الدين
VI Mehmed Vahidəddin
Bayraq
36-cı Osmanlı sultanı
3 iyul 1918 — 1 noyabr 1922
Sələfi: V Mehmed
Xələfi: səltənət qaldırıldı
 
Doğum tarixi: 14 yanvar 1861(1861-01-14)
Doğum yeri: İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi: 16 may 1926 (65 yaşında)
Vəfat yeri: San-Remo, İtaliya
Dəfn yeri: Sultan Səlim məscidi, Dəməşq
Dini: Sünni, İslam
Atası: I Əbdülməcid
Anası: Gülüstü Qadınəfəndi
Həyat yoldaşı: Əminə Nazikəda Qadınəfəndi
Səniyə İnşirah xanım
Şadiyə Müvəddət Qadınəfəndi
Nəvvarə xanım
Nəvzad xanım
Uşaqları: Fatma Ülviyə Sultan
Sabiha Sultan
Mehmed Ərtoğrul Əfəndi
 
Tuğra: Tuğra

VI Mehmed, Sultan Vahidəddin və ya Sultan Vahiduddin (Osmanlı Türkcəsi: وحيد الدين Vahiduddin və ya Mehmedi-Sadis; d. 14 yanvar 1861, İstanbul - ö. 16 may 1926, San-Remo) — Osmanlı İmperiyasının 36-cı və son sultanı və 28-ci Osmanlı xəlifəsi (3 iyul 1918 - 1 noyabr 1922). Sultan Vahidəddindən sonra Türkiyədə padşahlıq ləğv edilmiş, lakin İslam Xilafəti səltənəti qardaşı Əbdülməcid vasitəsilə davam etdirilib. Türbəsi Türkiyədə olmayan yeganə Osmanlı padşahıdır.

31-ci Osmanlı sultanı Əbdülməcidin oğludur. 1861-ci ildə anadan olub. Sultan Rəşadın vəfat etdiyi gün, Birinci Dünya müharibəsinin qorxunc nəticələri altında sultan oldu. 30 oktyabr 1918-ci ildə Mudros sülhü imzalandı və Birinci Dünya müharibəsi Osmanlıların məğlubiyyəti ilə bitdi. Sultan Vahidəddin bu sülhü imzalayan nümayəndələri qəbul etmədi.

Sultan Vahidəddin əlində ancaq düşmənlərə təslim edilmiş bir milləti idarə etmək qaldı. İstanbul 16 mart 1920-ci ildə ittifaq dövlətləri tərəfindən işğal edildi. İngilislər Anadolunun cənub-şərq hissəsini (Kilikiya), fransızlarla birlikdə isə Şərqi FrakiyaDardanel ilə Bosfor boğazları zonasını işğal etdilər. Yunanıstan Qərbi Anadoluda İzmiri ələ keçirdi. 10 avqust 1920-ci ildə düşmənlərin hazırladığı və Anadolunun işğalını ehtiva edən Sevr müqaviləsi imzalandı. Osmanlı ordusu tamamilə ləğv edildi. Sultanı qorumaq üçün, yeganə yeddi yüzlük dəstə qaldı. Sultan bu batalyonu, Ayasofya ətrafına göndərdi və məscidə zəng taxmaq və ya muzey etmək istəyənlərə atəş açmaq əmrini verdi.

İşğal altındakı İstanbuldan vətənin qurtarıla bilməyəcəyini anlayan Sultan Vahidəddin, güvəndiyi komandirləri Anadoluya göndərmək istədi. Ancaq onlar, "Dünyaya qarşı hərb edilməz. Bu iş olmaz" deyərək getməyi rədd etdilər. Sultanın qurtuluşun Anadoludan reallaşacağına ümidi tam idi. Özü getməyi düşündü isə də, İngilislər "Əgər Anadoluya keçsən İstanbulu rumlara işğal etdirər, daş üstündə daş buraxmarıq" deyərək maneə törətdilər. Bu səbəbdən bir gün saraya çağırdığı Mustafa Kamalı, "Paşa, indiyə qədər dövlətə çox xidmət etdin. Bunları unudun. Əsl indi edəcəyin xidmət hamısından mühüm ola bilər. Dövləti qurtara bilərsən!" sözlərindən sonra, onu böyük səlahiyyətlərlə Anadoluya göndərdi. Beləcə Türkiyə İstiqlaliyyət müharibəsi başlamış oldu.

İstiqlaliyyət müharibəsi Türkiyənin qələbəsilə nəticələndikdən sonra Türkiyə Böyük Millət Məclisi Hökuməti 1 noyabr 1922-ci ildə xilafət ilə səltənətin ayrıldığını və səltənətin ləğv edildiyini qanun ilə qəbul etdi. Sultan Vahidəddinin adı xütbələrdən çıxarıldı. İstanbul və Anadolu mətbuatında əleyhində yazılar çıxmağa başladı.

Sultan 17 noyabr 1922-ci ildə Dolmabağça sarayından Malaya hərb gəmisi tərəfindən Malta adasına getdi. Oradan Hicaz Kralı Şərif Hüseynin dəvəti ilə Məkkəyə getdi. Sonra da İtaliyaya gedərək orada yaşadı. Sultan Vahidəddin, ağrılı və çətinlik içində keçən bir sürgün həyatından sonra, 16 may 1926-cı ildə İtaliyada, San-Remoda vəfat etdi.

Ailəsi[redaktə | əsas redaktə]

Hərəmxanası[redaktə | əsas redaktə]

Oğlan uşaqları[redaktə | əsas redaktə]

Qız uşaqları[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]