Vasili Radlov

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Vasili Radlov
rus. Васи́лий Васи́льевич Ра́длов
Portret
1917-ci il.
Doğum tarixi: 17 yanvar 1837(1837-01-17)
Doğum yeri: Berlin
Vəfatı: 12 may 1918 (81 yaşında)
Vəfat yeri: Flag of the Soviet Union.svg SSRİ, Petroqrad
Elm sahəsi: Türkologiya, folklorşünaslıq, arxeologiya
Tanınır: filoloq, türkoloq, arxeoloq

Vasili Radlov (rus. Васи́лий Васи́льевич Ра́длов) — alman əsilli məşhur Rusiya şərqşünası, türkoloq, etnoqraf və arxeoloqu.[1]

Radlov, Türk dünyasını dəyişik istiqamətləriylə araşdıran, onları gün işığına çıxararaq Türkoloji tarixində yeni bir dövr açan və 81 illik uzun ömrünün 60 ilini bu işlərə həsr etmiş Alman əslli bir Rus Türkologudur.[2]

Həyatı[redaktə | əsas redaktə]

1837-cı ildə anadan olmuşdur. Berlin Universitetində ali təhsil almışdır.1858-ci ildə Berlin Universitetini bitirdikdən sonra Rusiyaya gəlmiş və sonrakı həyatını bu ölkə ilə bağlamışdır.[1] Radlovun Rusiyadakı fəaliyyəti üç dövrə bölünür: Altay (1859-1871), Kazan (1874- 1884) və Peterburq (1884-1918) dövrləri. Altay dövründə Radlov Altay və Qərbi Sibir türkləri arasında dil etnoqrafiya və folklor materiallarını toplayır, yerli dialektləri və şivələri öyrənir və “Aus Sibirien” adlı əsərini yazır. Kazan dövründə pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olmuşdur. Bu zaman alim “Vergleichende Grammatik der nördlichen Türksprachen” adlı əsərinin “Phonetik der nördlichen Türksprachen” hissəsini yazmışdır. Peterburq dövründə Radlov Rus Elmlər Akademiyasına üzv seçilir. Ən böyük əsəri “Opyt slovarja tjurkskix narecij”dir. Bu lüğəti tərtib etməyə 1859- cu ildə Barnaulda başlamışdır, çapı isə 1911-ci ildə sona çatmışdır. Radlovun rəhbərliyi altınnda Rusiya Elmlər Akademiyasında «Atlas der Altertümer der Mongolei» adlı əsər işıq üzü görmüşdür. Radlov əski türk yazılarına bir çox məqalələr həsr etmişdir. 1909-1912-ci illərdə alim “Alttürkische Studien” başlığı altında altı əsər üzərində işləmişdir. Ömrünün 81-ci ilində Peterburqda vəfat etmişdir.

Əsərləri[redaktə | əsas redaktə]

  • "Şimali türk dillərinin müqayisəli qrammatikası" (c.1, 1882, almanca);
  • "Monqolustanda qədim türk kitabələri" (3 c., 1894-1895);
  • 10 cildlik "Türk tayfalarının xalq ədəbiyyatından nümunələr" (1866-1907);
  • 4 cildlik "Türk dillərinin lüğəti" (1888-1911).

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1,0 1,1 Cavanşir Vəkilov. ARSAK: TUTARLI CAVAB. "Diplomatiya aləmi" jurnalı, 2004, № 7, səh. 88.  (azərb.)
  2. Oya,AKDENİZ,"DİL TARİHİNDEN PORTRELER",Türkoloji Makaleleri

Xarici keçidlər[redaktə | əsas redaktə]