Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2017

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2012: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2013: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2014: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2015: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2016: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2017: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


Bu gün 22 oktyabr 2017, Bazar (İlin 42. həftəsi); bu an saat 08:12 UTC


Keşi təmizlə

1. Həftə
Neptune.jpg
Neptun (planet)Günəş sistemində səkkizinci və Günəşdən ən uzaq planet. Xarici planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə çoxdur. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Planetin adı Roma mifologiyasında dəniz tanrısı olan Neptunun adından götürülmüşdür. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır.

Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi fikri ortaya atıldı. Neptun 23 sentyabr 1846-cı ildə İohann Qotfrid Qal tərəfindən Urban Leveryenin qabaqcadan xəbər verdiyi mövqenin çox yaxınlığında müşahidə olundu. Neptunun ən böyük peyki olan Triton planetin kəşfindən qısa müddət sonra kəşf olunsa da, qalan 14 peyk XX əsrdə kəşf olunmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


2. Həftə
Wien - Stephansdom (1).JPG
Müqəddəs Ştefan kafedralı — (alm. Domkirche St. Stephan zu Wien), xalq arasında Steffl adı ilə də tanınır) — məşhur Ştefansplatz meydanının tam mərkəzində yerləşən (hazırda bura "Qədim Şəhər" (alm. Innere Stadt) rayonunun ərazisi sayılır) və 1365-ci ildən etibarən kafedral (yəni Baş kilsə kapitulunun olduğu yer), 1469-cu ildən 1479-cu ilə kimi yepiskop iqamətgahı və nəhayət 1723-cü ildən başlayaraq günümüzə kimi, Vyana arxiyepiskopunun mitropoliya mərkəzi olaraq fəaliyyət göstərən kilsədir.

Bəzən Avstriya paytaxtının yerli sakinləri tərəfindən kiçildici və nəvazişləndirici şəkildə "Şteffl" adlandırılan Roma-Katolik kilsəsi, qədim Vyana şəhərinin təkrarolunmaz simvolu və başlıca dini ziyarətgahı hesab olunur. Kilsə xristianlığın birinci məzlumlarından olmuş Müqəddəs Stefanın şərəfinə adlandırılmışdır. Onun ikinci himayədarı isə, övliyalar sırasına keçmiş bütün digər müqəddəslər hesab olunurlar.

Planda latın xaçını xatırladan binanın ümumi uzunluğu 107 metr, eni isə 34 metrdir. Kafedral kilsə Avstriyada ən əhəmiyyətli qotika binalarından biridir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


3. Həftə
Castle Neuschwanstein.jpg
Noyşvanştayn qəsriAlmaniyada, Bavariya vilayətinin cənub-qərbində, Füssen şəhərinin Hohenşvanqau kəndi ərazisində, hündür, sıldırımlı təpənin zirvəsində yerləşən XIX əsrdə inşa olunmuş neoroman üslublu qəsr-saraydır. Qəsr Bavariya kralı II Lüdviqin sifarişi ilə kral iqamətgahı olaraq və Rixard Vaqnerin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmişdir. Qəsrin inşası üçün lazım olan məbləğ Bavariya büdcəsindən deyil, II Lüdviqin şəxsi büdcəsindən ödənmişdir.

Həyata küskün kralın sığınacağı kimi inşa edilmiş qəsr, onun ölümündən sonra, 1886-cı ildə ictimai ziyarətə açılmışdır. Həmin dövrdən 60 milyondan artıq insan Noyşvanştayn qəsrini ziyarət edib. İl ərzində orta hesabla 1,3 milyondan çox ziyarətçisi olan abidə, yay günlərində bəzən gün ərzinsə 6000 ziyarətçi qəbul edir. Bir neçə filmin çəkiliş meydanı da olmuş qəsr, Disneylendin Yatmış gözəl qəsrinin və sonrakı oxşar tikililərin də ilham mənbəyi olmuşdur. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


4. Həftə
Lennons by Jack Mitchell.jpg
Con Lennonun qətli — bazar ertəsi, 8 dekabr 1980-ci ildə Nyu Yorkda, Con həyat yoldaşı Yoko Ono ilə birlikdə səsyazma studiyasından qayıtdığı zaman, yaşadığı binanın girişində pərəstişkarı Mark Çepmen tərəfindən törədilib. Britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, rəssam, yazıçı, beynəlxalq şöhrətli "The Beatles" qrupunun yaradıcılarından biri, XX əsrin məşhur müğənnisi olan Con Lennonun qətl zamanı 40 yaşı var idi.

Lennon Ruzvelt xəstəxanasına gətirilərkən artıq ölmüş elan olunmuşdu. Ölümünə səbəb kimi şok və çoxlu qan itirmə göstərilib. Xəstəxanadan bildirilib ki, belə xəsarətlər aldıqdan sonra bəlkə də, heç kim bir neçə dəqiqədən artıq yaşaya bilməzdi. Tezliklə yerli radiostansiyalar baş verənlər barədə məlumat verib, bundan sonra Ruzvelt xəstəxanasının yanında və Lennonun yaşadığı binanın önündə insanlar dəstə-dəstə toplaşmağa başlayıb.

Conun cəsədi 1980-ci il dekabrın 10-da Qrinburqda, Fernkliff qəbiristanlığında kremasiya olunub və külü Yoko Onoya verilib, o isə öz növbəsində Con üçün dəfn mərasimi keçirməmək qərarını qəbul edib. Lennonun ölümü barəsində geniş ictimaiyyətə ilk məlumatı ABC kanalında "Monday Night Football" verilişinin yayımı zamanı idman jurnalisti Hovard Kosell verib. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


5. Həftə
Twilight.png
"Alatoran" filmi2008-ci ildə Stefani Meyerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş ABŞ filmidir. Ketrin Hardvikin rejissorluğu ilə çəkilmiş filmin əsas rollarını Kristen StüartRobert Pattinson canlandırmışdır. Alatoran filmi Alatoran filmlər seriyasının ilk filmidir. Filmdə əsas hadisələr Bella Svon (yeniyetmə qız) və Edvard Kallenin (vampir) romantik münasibətlərindən və vampir Kallenlər ailəsinin Bellanı ovçu vampirlərdən qoruması ətrafında cərəyan edir.

Layihə üç il ərzində Paramount Pictures tərəfindən inkişaf etdirilirdi və bu zaman filmin məzmunu romanın məzmunundan əhəmiyyətli dərəcədə fərqlənirdi. Layihənin üç il ərzində eyni vəziyyətdə saxlanmasından sonra Summit Entertainment romanın istifadə hüquqlarını ələ keçirə bilmişdi. Melissa Rozenberq 2007-2008-ci il Amerika Yazıçılar Gildiyası tətilindən əvvəl romanın yeni ekran adaptasiyasını tamamlamışdır. Filmin əsas çəkilişləri 44 gün davam etmiş və 2 may 2008-ci ildə tamamlanmışdır. Çəkilişlər əsasən Oreqon ştatında aparılmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə