Vikipediya:Kənd meydanı

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search


Cute-Ball-Search-icon.png Kənd meydanında axtarış


Kənd meydanı
Kənd Meydanına Xoş Gəldiniz!

Bu səhifənin məqsədi Vikipediya ilə əlaqədar olan və cavabını bilmədiyiniz suallar verə biləcəyiniz xəbərləşmə məkanı yaratmaqdır. Vikipediyada yalnız texniki və idarəetməyə dair mövzular burada müzakirə edilir. IRC kanalımızda digər Vikipediyaçılara eyni zamanda da danışa bilərsiniz.

Burada yeni bir müzakirə açmazdan əvvəl:

Bu səhifədə yazarkən:

Layihələr

Təkliflər

Transliterasiya İdarəçilərə müraciət Aktual hadisələr

Gələcək Neft ayı iştirakçılarının nəzərinə.

Hörmətli Neft sektorunda çalışan və vikipediyada bu mövzuda fəaliyyət göstərən həmkarlar, sizin təklifinizi nəzərə alaraq Mövzulu ay layihəsi çərçivəsində sentyabr ayını Neft ayı elan etdik. Lakin indidən bu mövzuda qeyri-ensiklopedik məqlələr yaradılmağa başlanılıb. Mövzulu ay keçiriləcəyi zaman gəldikdə isə bu hal kütləviləşəcək və qarşısını almaqda çətinliklər çəkəcəyik. Belə hallarla daha öncədə rastlaşmışıq. Buna görədə lütfən öncə Viki prinsipləri və qaydaları ilə yaxından tanış olun, hələki bir aydan çox zamanınız var. Qeyri-ensiklopedik məqalələrin yaradılmağı davam edcəyi halda, çox təəssüflər ki, Neft ayını layihədən kənarlaşdırmalı olacağıq. Hamınıza uğurlar arzulayıram. Hörmətlə --eldarado 14:13, 8 iyul 2018 (UTC)

Eldarado təəssüf edici hal budur ki, Neft ayından başqa, son 2-3 mövzulu ayda yaradılan qaralama halında və qeyri-ensiklopedik olan məqalələrin sayı xeyli artıb. AXC ayında mənim fəliyyətimin əksər hissəsi SNS-də keçirdi. Aykhan Zayedzadeh (müzakirə)

İzləmə siyahısı

İzləmə siyahısında dəyişikləri kim edib?! Təzə versiya mənə köhnədən xeyli narahat gəlir. Zəhmət olmasa köhnə versiyanı qaytarın. --Azerifactory (müzakirə) 00:39, 10 iyul 2018 (UTC)

Ad dəyişikliyi

Salam hərkəsə. Vikicəmiyyətə 2 təklifim var:

  1. İnfobox tipli şablonların adlarının sonuna məlumat qutusu sözünü artıraq. Bu bir çox vikilərdə var. Məsələn {{Film}} şablonu envikidə Infobox film, trvikidə Film bilgi kutusu, kavikidə isə ინფოდაფა კინოფილმი formasında yazılıb. Əgər razılıq olsa şablonların adını məqalələrdə AWB ilə dəyişərəm.
  2. Şəkil adlar fəzasının adını Fayl olaraq dəyişdirək. Səbəbi isə səs faylları yükləyərkən uyğunsuzluq olmasıdır. Bu yenə bir çox vikilərdə belədir. Məsələn: envikidə File, trvikidə Dosya, ruvikidə isə Файл formasındadır.-- Nəriman  Müzakirə  13:26, 10 iyul 2018 (UTC)
1. YoxN Lazım deyil, bunun üçün xeyli dəyişiklik etmək lazımdır. Həm də belə də rahatdır.
2. HəY Olar. Mənim də ağlımda belə fikir var idi. Amma müraciət etməmişdim.--White DemΩn (el psy congroo) 13:33, 10 iyul 2018 (UTC)
3. HəY orda şəkil sözünün işlənməsi mənasızdır. --Мурад 97 (müzakirə) 21:21, 10 iyul 2018 (UTC)
4. YoxN "məlumat qutusu" əlavə etməyə ehtiyac yoxdur. İndiki halda da normaldı və heç bir qarışıqlıq yaratmır. "Şəkil" "fayl" ilə əvəz olunmalıdır. Bu işi bot edə bilər. --Sortilegus (müzakirə) 21:42, 10 iyul 2018 (UTC)
5.HəY "Məlumat qutusu" yox, amma "infoqutu" olar. Daha asan olur onda. Aykhan Zayedzadeh (müzakirə) 16:25, 11 iyul 2018 (UTC)
6. HəY Təkliflərlə razıyam. --sefer azeri 07:19, 12 iyul 2018 (UTC)
7. YoxN Məncə də məlumat qutusunu dəyişməyə ehtiyac yoxdur. Lakin "Şəkil" "Fayl" ilə əvəz olunmalıdı. --eldarado 09:37, 12 iyul 2018 (UTC)
8. YoxN Məlumat qutusunu dəyişməyə nə lüzum. Şəkili Fayl etmək olar. --Araz Yaquboglu (müzakirə) 15:12, 12 iyul 2018 (UTC)
9> YoxN Məlumat qutusunu dəyişməyə ehtiyac yoxdur. "Şəkil" "Fayl" ilə əvəz olunmalıdır.--Azerifactory (müzakirə) 22:57, 12 iyul 2018 (UTC)

İstinad

Hamıya salam. Əsas redaktə panelində istinad yeri yoxa çıxıb. Kimin başı çıxırsa baxsın lütfən.--sefer azeri 13:28, 10 iyul 2018 (UTC)

Sistemdə dəyişiklik ediblər, uyğunlaşdırdım. Əslində yeni forma elə də pis deyil.--White DemΩn (el psy congroo) 14:25, 10 iyul 2018 (UTC)
White Demon siz əvvəllər etmişdiz ha o yaxşı idi. Bu çox zəifdi. Əvvəlkində link, tarix, müəllif və s. vardı. --Araz Yaquboglu (müzakirə) 14:49, 10 iyul 2018 (UTC)
Eyni problem TrVikidə də yaranıb. Bəlkə özündən düzəldi. Hazırkısı köhnə versiyadı.--White DemΩn (el psy congroo) 15:32, 10 iyul 2018 (UTC)
Bir daha xahiş edirəm, kimin başı çıxırsa problemi aradan qaldırmağa kömək edin, işləyə bilmirəm. Hörmətlə --sefer azeri 06:15, 11 iyul 2018 (UTC)
Sefer azeri, deyəsən düzəltdim, sizdə indi işləyirmi?--White DemΩn (el psy congroo) 13:06, 11 iyul 2018 (UTC)
White Demon, bəli düzəldi. Minnətdaram. --sefer azeri 13:39, 11 iyul 2018 (UTC)

Global preferences are available

19:19, 10 iyul 2018 (UTC)

Consultation on the creation of a separate user group for editing sitewide CSS/JS

Capay adlı istifadəçinin yaratdığı "məqalə"lər

Salam hörmətli vikipediyaçılar. Zəhmət olmasa Capayın fəaliyyətini nəzərdən keçirəsiniz. Onun yaratdığı məqalələrin əksəriyyəti qeyri-ensiklopedik şəxslərə aiddir və ya elementar məqalə standartlarına cavab vermir. Məncə bu fəaliyyət vikipediyaya nəinki fayda verir, hətta ziyan vurur. Məqalələrin siyahısı ilə buradan tanış olmaq olar. Bütün istifadəçi və idarəçiləri bu siyahını təftiş eləməyə dəvət edirəm, xüsusilə idarəçiləri. Sonra VP:SNS-ə 10-15 məqalə birdən təqdim edəndə mənə mane olmasınlar--gabbani mesaj 04:20, 16 iyul 2018 (UTC)

Gabbani, xəbərdarlıq etdim. Əgər vəziyyət təkrarlansa, mənə xəbər edin.--Azerifactory (müzakirə) 17:53, 16 iyul 2018 (UTC)
Mən də narazıyam o məqalələrdən. Ən azı səliqəsiz işlənir, vizual görünüşü yoxdur. --Araz Yaquboglu (müzakirə) 14:10, 17 iyul 2018 (UTC)
Bilirəm "capay"ı. Mənim bildiyimə görə, müzakirə səhifəsini nəzərdən keçirmir. Onun yaratdığı məqalələrin çoxu yadımdadır, onların xeyli bir hissəsi qaralama (Stub) haldadır. O, repressiya vaxtı ölən hər bir azərbaycanlı haqda yaratmaq arzusundadır deyəsən. Buna əlavə olaraq, Bəhruz Kəngərlinin atası haqda da yaratmışdı. Hansısa bir şəxsin atası və ya anası olmaq, səni ensiklopedik etmir axı. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 04:23, 19 iyul 2018 (UTC)
Çox ciddi şəkildə fəaliyyəti təftiş olunmalıdır. Bir az mən başlamışam artıq təftişə. Amma kütləvi redaktə və düzəlişləri var. --Sortilegus (müzakirə) 09:18, 19 iyul 2018 (UTC)

Qladiator

Hazırda Qladiator məqaləsinin Seçilmiş məqalə statusunun geri alınması haqqında müzakirə gedir. Məqalənin Seçilmiş məqalə statusunun saxlanılması üçün məqalə lazımı şərtlərə cavab verməlidir. Xahiş edirəm səs verin.-- Nəriman  Müzakirə  09:07, 19 iyul 2018 (UTC)

Şəxs şablonu

Hərkəsə salam. Bu gün {{Şəxs}} şablonu üzərində dəyişiklik etdim. Artıq {{Şəxs}} şablonu istifadə edilən məqalələrdə {{commonscat}} şablonuna ehtiyac qalmır. Bunun səbəbi şablona vikidata ilə commons kateqoriyasının avtomatik əlavə edilməsidir. -- Nəriman  Müzakirə  12:07, 19 iyul 2018 (UTC)

Diqqətinizə görə təşəkkürlər Neriman2003, ancaq bunun vacib bir dəyişiklik olduğunu düşünmürəm. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 12:14, 19 iyul 2018 (UTC)
Neriman2003 əla bir redaktə etmisiz. Çox vacib bir işdir. --Araz Yaquboglu (müzakirə) 14:20, 20 iyul 2018 (UTC)

Ensiklopedik məqalələrin silinməsi

Nəzərinizə çatdırmaq istəyirəm ki, ensiklopedik məqalələr qərəzli şəkildə silinir. Məsələn, Aşxaratsuyts məqaləsi 10 iyulda silinməyə namizəd göstərilmiş, 11 iyulda silinmişdir. Məqalənin qeyri-ensiklopedik olması haqqında heç bir şərh olmadan. Yalnız deyiblər ki müəllif ermənidir, ona görə silinməlidir. Başa düşmək lazımdır ki həmin əsər qədim Azərbaycan tarixinin ən mötəbər mənbələrindən biridir. Qədim Azərbaycan tarixini, Qafqaz Albaniyası tarixini araşdıran tədqiqatçılar mütləq "Aşxaratsuyts"a istinad edirlər. Siz isə bu məqaləni silirsiniz. Zəhmət olmasa bərpa edin. Müzakirənin davam etməsi üçün tələb olunan müddəti gözləyin. Məqalə kiminsə istəyinə görə yox, yalnız qeyri-ensiklopedik olduqda silinməlidir. Çim Çen In (müzakirə) 14:01, 19 iyul 2018 (UTC)

Mən Çim Çen In adlı istifadəçiylə həmfikirəm. Məqalə tarixi bir kitab haqdadır. Külək: Yel kürəsinin şahzadəsi (roman) kimi mənasız, reklam məqalələri silmək yerinə, belə tarixi sənədləri silirsiz. Bu heç də məqsədəuyğun deyil. Mən nə ermənipərəstəm, nə də ki, vətən xaini, fəqət doğru ilə yanlışın nə olduğunu bilirəm. Xahiş edirəm, millətçi və tərəfli ideyaları, konsepsiyaları və davranışları Vikipediyadan uzaqlaşdırın. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 14:53, 19 iyul 2018 (UTC)
Bərpa etdim. Məqaləni ümumiyyətlə silinməyə namizəd göstərmək düzgün deyil. Əhəmiyyətli kitabdır, intervikiləri var, mənbəsi var, infoboksu var, normal haldadır. Neytallıq prinsipinin pozulmasına səbəb olan bu cür silinmələri dəstəkləmirəm.--White DemΩn (el psy congroo) 15:23, 19 iyul 2018 (UTC)

+-- Nəriman  Müzakirə  17:13, 19 iyul 2018 (UTC)

700 bal!

Vikipediyaçı Anar Kərimxanov ali məktəbə qəbul imtahanında 700 bal toplayıb. Təbriklər Anar! --►Cekli829 13:13, 20 iyul 2018 (UTC)

Sevindirici haldır. Təbriklər!--White DemΩn (el psy congroo) 13:14, 20 iyul 2018 (UTC)
Təbriklər Anar Kərimxanov! Hara qəbul olmağı düşünürsünüz? Məncə artıq vikipediyada aktiv fəaliyyətə başlayacaqsınız.-- Nəriman  Müzakirə  13:27, 20 iyul 2018 (UTC)
Anar kerimxanov, əla. Təbrik edirəm. --Araz Yaquboglu (müzakirə) 14:17, 20 iyul 2018 (UTC)
Anar kerimxanov təbriklər cənab! Fəxrimizsiniz! --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 15:54, 20 iyul 2018 (UTC)
Təbrik edirəm. Classic!--Azerifactory (müzakirə) 15:59, 20 iyul 2018 (UTC)
Təbriklər :) --Rufet Turkmen (müzakirə) 20:02, 20 iyul 2018 (UTC)