Yaponiya imperiyası

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Yaponiya imperiyası (yap. 大日本帝國 Day Nippon Teykoku, Böyük Yapon İmperiyası) - 3 yanvar 1868-ci ildən 3 may 1947-ci ilə qədər mövcud olmuş dövlət. Hüquqi olaraq bu termini Yaponiyaya 29 noyabr 1890-cı ildən 3 may 1947-ci ilə kimi olan dövrdə tətbiq etmək olar.

Tarixi[redaktə | əsas redaktə]

Siyasi olaraq Yaponiya imperiyasının başlanğıcını 9 noyabr 1867-ci ildə impertor hakimiyyətinin qayıtmasını göstərmək olar. Bu hakimiyyət 2 sentyabr 1945-ci il kapitulyasiyasına kimi davam edib. Bu dövrdə Yaponiya konstitusiyası hakimiyyətin hökümət və dövlət başçısı olan imperatora qaytarılmasını bəyan edirdi. Faktiki olaraq imperiya 1871-ci ildən müharibəsonrası konstitusiyanın qəbul edildiyi 1947-ci ilə kimi davam etdi. Yaponiya imperiyasının tarixini üç yerə bölmək olar: Meyci dövrü (1867-1912), Taysö dövrü (1912-1926) və Söva dövründə (1921-1989) Xiroxito hakimiyyətinin ilk 21 ili.