Yunanıstan

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Helen Respublikası
Ελληνική Δημοκρατία
(Elliniki Dimokratia)
Yunanıstan bayrağı Coat of arms of Greece.svg
Bayraq
Şüar: Ya Azadlıq, ya Ölüm
Location Greece EU Europe.png
Rəsmi dil Yunan dili
Paytaxt Afina
Prezident Prokopis Pavlopulos[ 18.II.2015 ]
Ərazi
 - Ümumi
 - % Su
97-ci yer
131,957 km²
0.86%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
82-ci yer
10,8 milyon[1]
82/km²
Pul Avro
Saat qurşağı UTC +2
Internet TLD .gr.eu
Telefon kodu 30

Yunanıstan (yunanca: Ελλάδα), rəsmi adı Helen Respublikası (yunanca: Ελληνική Δημοκρατία) — Avropada dövlət.Yunan Respublikasıdır. Ölkə cənub-şərqi Avropada yerləşir və dünyada ən qədim sivilizasiyalardan biridir. Yunanıstan Afrikanın , Asiyanın və Avropanın kəsişmə nöqtəsində yerləşir. Avropanın birinci inkişaf etmiş sivilizasiyalarından biri idi. Yunanıstan şərqdən Yuqoslaviya Respublikası , Makidoniya, Bolqarıstan , TürkiyəAlbaniya ilə həmsərhəddir. Onun sahilləri qərbdən İon dənizi ilə və şərqdə Egey dənizinin suları ilə yuyulur. Avropanın cənub-şərqində, Balkan yarımadasında yerləşir. Avropa BirliyiŞimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür. Qərbi Avropada 9-cu, dünyada 90-cı yer tutur. Ərazisinin təqribən 20 %-ni adalar (İon, EgeyAralıq dənizindəki 1000-dən artıq) təşkil edir. Krit, Evbeya, Rodos, Lesbos, Xios ən iri adalardır. Egey dənizində yerləşən adaların əksəriyyəti Yunanıstana nisbətən Türkiyəyə daha yaxındır. Yunanıstanın əlverişli coğrafi və hərbi-stratrji mövqeyi vardır. O, Avropa ilə Asiyanın kəsiyində, Afrikanın yaxınlığında yerləşmiş Aralıq dənizi ölkəsidir.

Ölkə yunan dilində Hellas, Avropa dillərində Grek, Greece və s. şəklində, liada da isə axeylərin ölkəsi olaraq adlandırılır.

Coğrafiyası[redaktə | əsas redaktə]

Albaniya, MakedoniyaBolqarıstan ilə quru sərhədlərinin böyük hissəsi çətin keçilən dağlıq ərazilərdən, yalnız Türkiyə ilə sərhəddi bataqlaşmış Maritsa çayı vadisi boyunca yerləşmiş ovalıqdan keçir. Dünya Dövlətləri arasında Yunanıstan ən girintili-çıxıntılı sahil xəttinə malik ölkələrdən biridir.

Yunanıstan ərazisinin təqribən dörddə-üç hissəsini hündür olmayan (1200-1800 m) dağ massivləri tutur. Ən hündür dağ Olimpdir (2917 m) Dağlar meşəsiz olsalar da, yeraltı sərvətlərlə zəngindir. Ölkədə müxtəlif resurslar: Afina ətrafında, Evbeya və Kiklada adalarında dəmir, Makedoniya əyalətində manqan, xrom, nikel, mis, boksit yataqları vardır. Yunanıstan qeyri filiz qazıntılarla da zəngindir. Lakin neft və təbii qat yataqları olmadığından maye yanacağı okan tələbatın 98 faizi idxal hesabıma ödənilir.

Dağlar ölkənin iqıiminə müəyyən mənada təsir gğstərir. Yunanıstanın yalnız düzənlik ərazilərində və dənizə yaxın olan ətəklərində yumşaq, rütubəıtli qışı və isti quru yayı ilə seçilən Aralıq dənizi sebtropik iqlim hakimidir.Dağlara qalxdıqca hava soyuyur və illik yağıntının miqdarı artır.

Ölkədə qısa, iti axan dağ çayları üstünlük təşkil edir. Ən uzun çayı Alyakmon (uzunluğu 300 km), nisbətən iri və çoxsulu çayları Maritsa, Hestos, Strimon, Bardar və b.. Bu çaylar nəqliyyat baxımından yararsız olsalar da enerji və suvarma mənbəyi kimi əhəmiyyətləri böyükdür.

Ölkə ərazisinin 10-11 faizi meşələrlə örtülmüşdür. Ərazi həmişəyaşıl və yarpağı tökülən kolluqlar da geniş yer tutur.

Qədim Yunanıstan

Tarixi[redaktə | əsas redaktə]

Yunananıstan qədim tarixə malik ölkədir. Bu dövlətin ərazisində çox qədimlərdən müxtəlif etnik qruplar yaranmışdır. Qədim Krit-miken mədəniyyətinin (b.e.ə. III-II minillik) izləri Krit adasında,Peloponnes yarımadasında və Egey dənizindəki adalarda da aşkar edilmişdir.Sonrakı mərhələləri mütəxəssislər Yunan tarixinin homer dövrü müəllifi homer sayılan məşhur İliadaOdissey etnik poemalarında təsvir edilir. Eramızdan əvvəl VIII-VI əsrlərdə Qədim Yunanıstanın sürətli inkişaf dövrü olmuş, onun ərazisində hakimiyyət uğrunda daima bir-biri ilə mübarizə aparan şəhər-dövlətlər yaranmışdır.


Günümüzdəki müasir Yunanıstan, 1821 ci ildə Osmanlı dövlətinin İngiltərə, FransaRusiya qarşısında aldığı məğlubiyyətlər nəticəsində, bu imperiyaların qoruma bölgəsi olaraq, İstanbulun idarəsindən qoparılan Mora yarımadasıAfinadan ibarət kiçik bir bölgədə Yunan Krallığı adı altında quruldu. İlk Yunan kralı olaraq da Bavyeralı aristokrat ailədən gələn Otto adında bir Alman təyin edildi.

Daha sonrakı illərdə İstanbulun müharibələri uduzmaları nəticəsində döyüş qalibi imperiyaların təzyiqləri ilə Afinaya bu bölgələri verməyə məcbur qaldı:

  • 1877-1878-ci illərdə baş vermiş Rusiya-Osmanlı müharibəsi nəticəsində verilən bölgə: Tesalya, Orta Yunanıstan
  • 1912-13 Balkan müharibələrində yunanlara verilən bölgə: Epir, Makedoniya (Saloniki), Girit, Kb Ege (Midilli, Sisam) adaları
  • 1918-ci il Birinci Dünya Müharibəsini uduzması ilə verilən bölgə Frakiya.
  • 1918 ci ildə qalib dövlətlər müasir Türkiyənin qərb yarısını Yunanıstan, şərq yarısını Ermənistan Qara dəniz Ərzurum, Qars kimi bəzi yaşayış yerləri olmaq üzrə Gürcüstan işğal etmək istəyirdilər. Paytaxt İstanbul olacaq, adı təkrar Konstantinopola dönəcəkdi. Ancaq planları reallaşmadı. 1946-cı ildə , İtaliyanın 1912ci ildə Osmanlı dövlətindən almış olduğu 12 adanın, İngiltərənin olmasıyla, bu adalar da Afina rəhbərliyinə keçdiyində, Afina rəhbərliyi 1821-1946 illər arasındakı 125 ildə, həmişə döyüş qalibi imperiya dövlətlərin yanında yer alaraq, İstanbul əleyhinə, torpaqlarının ərazisi təxminən 10 mislinə çıxarmağı bacarmışdı.
  • 1947-49-cu illərdə Yunanistanda baş vermiş vətəndaş müharibəsi ABŞ-n köməkliyi ilə sona çatdı. Bu illərə daha yaxından nəzər yetirsək 1947-52-ci illərdə Yunanistanda iki partiya arasında (Sosial Demokrat və Liberallar) 14 fərqli hökümət yaradılmış və qısa müddətdə dağılmışdı. Bu 4 il Yunanistanda siyasi vəziyyət olduqca dağınıq bir vəziyyət idi. Bu illər ərzində Yunanistan üçün ən böyük problem Balkanların Şərq blokunun təmsilçisi Bolqarıstanın təhdidləri olmuşdur. Bolqarıstanın 30 il ərzində Yunanıstanı 3 dəfə işğal etdiyini göz önünüə gətirərək Yunanları Qərb meyillərindən uzaqlaşdırmağa çalışırdı. Lakin Yunanların köməyinə ABŞ gəldi. Belə ki, bu təhdidin ardından ərqdən gələn təhdid ismarıcı önə çıxaran Yunanistan, ABŞ-ın dəstəyi ilə 1952-ci ildə Türkiyə ilə bərabər NATO-ya üzv oldu. Bu hadisənin ardından NATO-da çıxan qərarla Yunanıstan Yuqoslaviya və Türkiyə ilə birlikdə Balkan blokunu yaratmışdılar. Yunanistanın daxilində baş verən bu münaqişələrin içində ən önəmlisi, ən çox səs-küyə səbbəb olan 1967-ci ilin 21 aprelində baş verən Qara Polkovniklər qiyamını qeyd etmək lazımdı. Qara Polkovniklər çevriliş edərək hakimiyyətə gəlmişdilər. 7 il Yunanistanda diktatorluq hökm sürmüşdü. Qara Polkovniklər rejimi Yunanıstanda olduqca sərt bir rejim tətbiq edirdilər və ümumilikdə Yunanıstanda bu dövrü qaranlıq bir dövr olaraq adlandırırdılar. Polkovik rejimi Yunanıstan üçün bir o qədər uğurlu olmadı və 1974-cü ildə rejim süqut etdi. Bunun ən əsas səbibi olaraq Yunanistanın Türkiyə ilə olan münasibətlərini göstərmək olar. Çünki 1970-ci ildə Türkiyə və Yunanistan arasında həm Kipr problemi həm Egey dənizi problemi yaşanmaqdaydı. Məhz 1974-cü ildə Yunanların Kiprə müdaxiləsi nəticəsində Türkiyə buna cavab vermişdi. Türkiyədən gələn bu cavab polkovniklərin süqutuna zəmin hazırlamış və 7 ildən sonra Yunanıstanda diktatorluq çökdü və ölkədə demokratiya hökm sürməyə başladı. Avropa ölkələri ilə münasibətini getdikcə düzəldən Yunanistan 1980-ci ildə Avropa Birliyinə üzv oldu və daha sonra 1981-ci ildə Yunanıstan Avropa İqtisadi Təşkilatına qatıldı.

Dövlət quruluşu[redaktə | əsas redaktə]

1975-ci il konstitusiyasına görə Yunanıstan ynutap parlamentli respublikadır. Dövlətin başçısı parlament tərəfindən seçilən prezidentdir. 2015-ci ilin fevral ayında keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən keçmiş daxili işlər naziri Prokopis Pavlopulos Yunanıstanın yeni prezidenti seçilmişdir.İcraedici hakimiyyət prezident və Baş Nazirin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilir. İnzibati-ərazi baxımından ölkə 52 rayona bölünür.

1821-ci ildən 25 mart - Müstəqillik günü kimi milli bayram şəklində qeyd olunur. Yunanıstanda bir neçə siyasi partiya fəaliyyət göstərir. Ölkənin siyasi həyatında Mühafizakarlar, Yeni Demokratiya, Ümumyunan 2000-ci, Sosialist hərəkatı, Sol və Mütərəqqi qüvvələrin koalisiyası və b. partiyalar önəmli rol oynayırlar.

Elm və mədəniyyət sahəsi[redaktə | əsas redaktə]

Bizim eradan əvvəl III əsrdə ümumyunan birliyi, yerli dialektləri tədricən sıxışdırıb çıxaran ümumyunan dili yaranmışdır. Yunan dili əhali ellinlər, onların yaşadıqları ərazi isə Ellada adlnırdı. Ellinlər Avropa xalqlarının elm, incəsənətədəbiyyatında silinməz izlər qoyan güclü sivilizasiya yarada bilmişlər. Bir çox elmlərin əsası onların dövründə qoyulduğundan, elmi terminlərin əksəriyyəti qədim yunan sözlərinin kökündən əmələ gəlmişdir. Qədim yunan fəlsəfəsi hələ bizim eradan əvvəl VII-VI əsrlərdə quldarlıq cəmiyyətinin inkişaf etdiyi və gücləndiyi dövrdə yaranmışdır. Sokrat, Platon, Aristotel(əflatun), heredotun bəşəriyyət qarşısında xidmətlri böyük olub.[2]

Dübya elm və mədəniyyətinə böyük töhfələr verən Yunanıstanın İtaliya ilə yanaşı Avropa sivilizasiyasının beşiyi adlandırırlar. 1991-ci ildə Afinada qədim Ellada torpağında yaranan demokratiyanın 2500 illiyi münasibəti ilə böyük bayram keçirilmişdir.

İqtisadiyyatı[redaktə | əsas redaktə]

Yunanıstanın iqtisadiyyatı dünya bazarı ilə sıx əlaqədardır. Ölkədən dağ-mədən (boksit, nikel, manqan), kənd təsərrüfatı (tütün, üzüm, zeytun yağı, sitrus meyvələri, qoz, pambıq və s.) yüngül və yeyinti sənaye məlumtları ixrac, maşın və avadanlıq neft və neft məhsulları, mineral xammal və şatışmayan ərzaq və s. idxal olunur. Yunanıstan Almaniya, İtaliya, ABŞ, FransaSəudiyyə Ərəbistanı ilə sıx ticarət əlaqələrinə malikdir. Ölkənin ticarət balansı mənfidir. Çatışmamazlıq görünməz əməliyyatlardan (məsələn, dəniz daşımaları, xarici turizm, yunan mühacirlərinin vətənlərinə göndərdikləri pul baratları, Avropa İttifaqının müxtəlif fondlarından köçürmələr və s.) əldə edilən gəlir hesabına tənzimlənir. Pul vahidi- draxmadır.

2012-ci ildə Yunanıstan İkinci dünya müharibəsindən bəri ən ağır və ən çətin iqtisadi böhran dövrünü yaşayır. Ölkə iqtisadiyyatı artıq beşinci ildir azalmaqdadır, dövlət borcunun ÜDM-ə nisbəti 160%, işsizlik səviyyəsi isə 21%-dir. Dünyanın 3 böyük reytinq agentliyi olan Fitch Ratings, Moody’sStandard & Poor’s Yunanıstanın reytinqini ən aşağı səviyyəyə endirib. Yunanıstan höküməti borc öhdəliklərinin mübadiləsi üzrə sövdələşməyə özəl kreditorların əksəriyyətinin razılığını alıb ki, bu da ölkəyə defoltdan yayınmaq imkanı verib.[3] Bəzi iqtisadçıların fikrincə, Yunanıstanın təcrübəsi sonda onunla nəticələnəcək ki, banklar başqa dövlətlərə kredit vermək istəməyəcəklər, bu cür borclanma dünyada iqtisadi artımı zəiflədəcək. Narahatlıqlar artıq beynəlxalq hərraclara və neft qiymətlərinə təsir edib.[4] Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu 2012-ci ildə 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.

Əhali[redaktə | əsas redaktə]

Əsas məqalə: Yunanıstan əhalisi

Yunanıstan Milli Statistika Xidmətinin 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumatına əsasən Yunanıstan əhalisi 11.062.508 nəfərdir.[5]

Yunanıstan bir millətli dövlətdir. Əhalinin 95 % yunanlardır. Sərhəd bölgələrində yunanlarla yanaşı türklər və albanlarda yaşayır. Yunanların əksəriyyərui provaslavlardır. Uzaq keçmişdə Venesiya respublikasının tərkibində olçuş Egey dənizi adalarının sakinləri isə katoliklərdir. Dövlət dili yunan dilidir. Əhalinin ölkə üzrə orta sıxlığı bir kv.km-də 81, sahil böıgələrində isə 120-130 nəfərdir. 1919-1922-ci illərdə yunan-türk müharibəsindən sonra yunan qaçqınlarının ölkənin şimalına axışması bu rayonda əhalinin saxlığını xeyli artırmışdır. Qərbi Avropanın digər ölkələrinə nisbətən Yunanıstanda əhalinin təbii artımı yüksəkdir (0,3-0,5 faiz).

Əhalinin 50 %-dən çoxu qeyri istehsal, 27 faizi sənaye, 17 faizi kənd təsərrüfatı sahələrində çalışır. İqtisadi cəhətdən fəal əhalinin 10 faizə qədəri işsizdir.

Etnik tərkib

Dini

Dili

İdman[redaktə | əsas redaktə]

Yunanıstan Olimpiya oyunlarının vətəni sayılır.İlk Olimpiya oyunları e.ə.776-cı ildə Yunanıstanda keçirilmişdir.

Həmçinin bax[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]